Icma.az
close
up
RU
Abşeronda da Polisi Günü qeyd edildi Fotolar

Abşeronda da Polisi Günü qeyd edildi Fotolar

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Abşeron rayonunda polis işçilərinin peşə bayramı qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki, Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron Rayon Polis İdarəsinin rəisi Musa Musayev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, hüquq mühafizə orqanlarının, regional idarə və təşkilat rəhbərləri, şəhid ailələri, Abşeron polisinin şəxsi heyəti və rayon ictimaiyyəti iştirak edib.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə güllər düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə Dövlət Himni oxunub, Ulu Öndər Heydər Əliyevin, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin və xidmət zamanı həlak olmuş polislərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan polisinin şərəfli tarixinə və əzmkar fəaliyyətinə həsr olunmuş sənədli videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan polisinin misilsiz xidmətlərindən danışıb. O bildirib ki, həm Birinci Qarabağ Müharibəsi, həm də Vətən Müharibəsi zamanı, o cümlədən cinayətkarlığın qarşısının alınmasında polis nəfərləri daima ön cərgədə olub, məsuliyyətli və şərəfli peşələrinin öhdəsindən uğurla gəliblər. Ölkəmizin ictimai-siyasi həyatında sabitliyin təmin olunmasında polisin xüsusi rolunu vurğulayan RİH başçısı qeyd edib ki, Azərbaycan polisinin inkişafı və bugünki nailiyyətləri məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. RİH başçısı vurğulayıb ki, Ümummilli Liderin siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev polis strukturuna daim diqqət və qayğı göstərib. Azərbaycan polisi hazırda güclü maddi-texniki bazaya malik olmaqla yanaşı ölkəmizdə ictimai asayişin qorunmasında xüsusi rol oynayan hüquq-mühafizə strukturlarından birinə çevrilib. Əldə olunan bu inkişafın nəticəsidir ki, respublikamızda kriminaloji durum nəzarət altında saxlanılır, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri həyata keçirilir. RİH başçısı polis əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Abşeron Rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Anar Musayev çıxış edərək Azərbaycan polisinin şərəfli tarixindən, o cümlədən Abşeron polisinin fəaliyətindən və gördüyü işlərdən söz açıb.

Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova və Vətən Müharibəsi qazisi Orxan Qurbanov çıxış edərək Azərbaycvan polisinin göstərdiyi xidmətlərdən, vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə polis nəfərlərinin göstərdiyi şücaətlərdən danışıb.

Tədbirin sonunda xidməti fəaliyyətdə fərqlənən bir qrup polis əməkdaşı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla təltif olunub, gələcək fəaliyyətlərində uğurlar arzu edilib.

Daha sonra respublikamızın tanınmış incəsənət xadimlərinin iştirakı ilə bədii hissə təqdim edilib.














Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 İyul 2026 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see587

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see418

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see298

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see276

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see270

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see265

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see254

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see254

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see252

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see234

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see226

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see199

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see199

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see194

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see183

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see183

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see179

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see171

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri