Icma.az
close
up
RU
Abşeronda Zəfər Günü böyük coşqu ilə qeyd olunub FOTOLAR

Abşeronda Zəfər Günü böyük coşqu ilə qeyd olunub FOTOLAR

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Zəfər Günü Abşeron rayonunda böyük coşqu ilə qeyd edilib. 

"Unikal" xəbər verir ki, 44 günlük Vətən Müharibəsində düşmən üzərində şanlı qələbə qazandığımız zəfərimizin dördüncü ildönümündə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkilləri Ramid Namazov, Nigar Məmmədova, Zaur Şükürov və Rizvan Nəbiyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri, YAP Abşeron Rayon Təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib. 

İştirakçılar ulu öndər Heydər Əliyevin Xırdalan şəhərində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad olunub. 

Şəhid ailələri, şəhid övladları və qazilərlə birlikdə rayon ictimaiyyəti tərəfindən II Fəxri Xiyaban, Xırdalan şəhərində yerləşən Şəhidlər Xatirə Kompleksi, o cümlədən rayonun bütün şəhər, kənd və qəsəbələrindəki Şəhidlər Xiyabanları və şəhidlərimizin dəfn olunduğu müqəddəs məkanlar ziyarət olunub, məzarları üzərinə gül dəstələri qoyularaq onların xatirələri ehtiramla yad olunub. 

Zəfər Gününə həsr olunmuş tədbir Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində davam etdirilib. İlk öncə burada tədbir iştirakçıları Vətən Müharibəsinə həsr olunan sərgiyə baxış keçiriblər. 

Tədbirdə Dövlət Himni oxunub, ümummilli lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Vətən Müharibəsindəki şanlı qələbəmizə və igidlərimizin göstərdiyi misilsiz şücaətinə həsr olunan videoçarx nümayiş olunub.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə Vətən Müharibəsində qazandığımız şanlı qələbə xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. 

Düşmən üzərindəki parlaq zəfərlə torpaqlarımızın işğaldan azad olunduğunu, 30 illik vətən həsrətinə son qoyulduğunu vurğulayan RİH başçısı qeyd edib ki, artıq doğma yurd yerlərimizə yenidən həyat qayıdıb, dövlətimizin diqqət və qayğısı ilə Qarabağda böyük quruculuq işləri görülür. 

Qeyd edilib ki, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad olunub. 44 günlük Vətən müharibəsi günlərində Prezident İlham Əliyevin Ali Baş Komandan kimi hərbi fəaliyyəti ilə yanaşı, informasiya və təbliğat sahəsindəki fəaliyyəti də Azərbaycanın siyasi-diplomatik uğurudur.

Sonra Vətən Müharibəsi şəhidi Hüseyn Nəcəfzadənin anası Könül Nəcəfzadə və Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev çıxış edərək Şanlı zəfərimizdən danışmış, ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına böyük diqqət və qayğının göstərildiyini, bütün bunlara görə Prezident İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Daha sonra incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təqdim olunub. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 Noyabr 2024 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri