Abşeronda məktəbdə yanğın
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yanğın olub. SİA FHN-ə istinadən xəbər verir ki, birmərtəbəli məktəb binasında elektrik lövhəsi və qoruyucu açar yanıb. Yanğınsöndürənlər tərəfindən 4 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

