Somalili nazir Ulu öndərin məzarını ziyarət edib
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkəmizdə səfərdə olan Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali iyulun 24-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
Nazir əvvəlcə Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.
Sonra qonaq Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
***
Somalili Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri həmin gün Bakıdakı Zəfər parkını da ziyarət edib.
Burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Nazir parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.
Baxış sayı:150
Bu xəbər 24 İyul 2025 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















