Icma.az
close
up
RU
Azərbaycanda reklama görə 4 blogerdən ŞİKAYƏT EDİLDİ RƏSMİ

Azərbaycanda reklama görə 4 blogerdən ŞİKAYƏT EDİLDİ RƏSMİ

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bir müddət əvvəl Prezident İlham Əliyevin imzaladığı sərəncamla reklam haqqında qanuna edilən dəyişikliklər qüvvəyə minib. Dəyişikliklə influenserlər (blogerlər) də artıq qanunun təsir dairəsinə düşəcəklər. Qanunda onlar rəqəmsal platforma təsirçisi adlanır. 

Dəyişikliyə əsasən, rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam yayımı “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydi ilə müşayiət olunmalıdır.

Bundan başqa, influenserə özü istifadə etmədiyi məhsulu istifadə edirmiş kimi göstərib reklam etmək qadağan olunur. Hər bir influenser VÖEN sahibi olmalı və hüquqi məlumatlarını qeyd etməlidir.

Qanunu pozanlar üçün cərimələr nəzərdə tutulub. 

Qeyd edək ki, qanunun qüvvəyə minməsindən 2 ay keçsə də, bəzi blogerlərin qaydalara riayət etmədiyi müşahidə edilir.

Modern.az məsələ ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə əlaqə saxlayıb.

Qurumdan sorğuya cavab olaraq bildirilib ki, qanuna dəyişiklikdən ötən dövr ərzində qanunda nəzərdə tutulan tələblərin pozulması barədə rəqəmsal platforma təsirçiləri ilə bağlı Agentliyə 4 müraciət daxil olub. Müraciətlərdən 1-i qanunamüvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilib. 1 müraciətdə pozuntu halları ilə bağlı konkret faktlar təqdim edilmədiyindən müraciətçiyə müvafiq izahat verilib. 2 müraciət üzrə isə araşdırma davam etdirilir.
Qeyd edək ki, dəyişikliyə əsasən, rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı özünün istehlak etmədiyi əmtəəni istehlak etməsi barədə yanlış təsəvvür yaratmaq, reklam daşıyıcısı olan rəqəmsal platforma vasitəsilə reklam olunan əmtəə barədə məlumat vermək üçün saxta hesablar yaratmaq qadağan edilir.
Rəqəmsal platforma təsirçisi tərəfindən reklam haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə vəzifəli şəxslər 750 manatdan 1250 manatadək məbləğdə, hüquqi şəxslər 2500 manatdan 4000 manatadək məbləğdə cərimə edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:306
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 İyul 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri