Icma.az
close
up
RU
Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyədə təhsil alan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə üçün müraciət etsə də, onlara imtina cavabı verilib.

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, YÖS (Yabancı Öğrenci Sınavı - Xarici tələbələrin Türkiyədəki universitetlərə qəbul olunması üçün təşkil olunan imtahan - red.) imtahanı ilə Türkiyə dövlət universitetlərinin bakalavr səviyyəsinə qəbul olan tələbələr Azərbaycan ali təhsil müəssisələrinə köçürülmə üçün lazım olan rüsumu ödəyərək müraciət ediblər, lakin onların tələbinə aidiyyəti qurum tərəfindən rədd cavabı verilib.

Tələbələrə imtina üçün başqa bir səbəb də göstərilib.

Belə ki, əksər tələbələr 2023-cü ildə YÖS imtahanında yüksək nəticə göstərərək qəbul olunublar. Daha sonra isə 2023-cü ilin dekabrında qüvvəyə minmiş qanuna əsasən, yalnız vahid TR-YÖS imtahanı etibarlı hesab olunub. Lakin həmin tələbələr bildirirlər ki, imtahanı bu qanun qüvvəyə minməmişdən əvvəl veriblər. Türkiyə Ali Təhsil Şurası da öz qərarında bildirib ki, yalnız 2024-cü ildən sonra vahid imtahan keçiriləcək. Agentlik isə bunu nəzərə almadan, geriyə tətbiq prinsipi ilə hərəkət edib.

Bəs Türkiyədə təhsil alan tələbələrin transfer hüququnun ləğv edilməsi nə qədər qanunauyğundur?

Təhsil eksperti Kamran Əsədov bildirib ki, tələbənin akademik borcu olduğu üçün kredit sayının az olması Nazirlər Kabinetinin 348 nömrəli qərarının 3.2.2 bəndi ilə qanuni sayılır. Həmin bənddə açıq şəkildə bildirilir ki, akademik borcu olan tələbənin kreditlərinin normadan az olması hüquq pozuntusu deyil. Yəni tələbələrə bunun əsas gətirilərək köçürülməsinə imtina verilməsi onların hüquqlarının pozulması hesab olunur.

Məsələ ilə bağlı Elm və Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, tələbələrin 348 saylı qərara istinad etmələri tamamilə yanlışdır: "Qanunvericiliyə əsasən, tələbənin bir semestrdə götürəcəyi kredit norması 30-dur. Bəzi tələbələr müxtəlif səbəblərdən bu normadan az və ya çox kredit götürə bilərlər, amma norma 30-dur".

Qurumdan o da bildirilib ki, köçürülmə ilə bağlı 2023-cü il və sonrasına aid yalnız mərkəzləşmiş imtahan nəticələri qəbul edilir. Müxtəlif universitetlər tərəfindən lokal qaydada keçirilmiş və etibarlılığı şübhə doğuran imtahan nəticələri qəbul edilmir".

Ətraflı süjetdə:

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 İyul 2025 01:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri