Icma.az
close
up
RU
Abşeronda Zəfər Günü böyük coşqu ilə qeyd olunub Fotolar

Abşeronda Zəfər Günü böyük coşqu ilə qeyd olunub Fotolar

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Zəfər Günü Abşeron rayonunda böyük coşqu ilə qeyd edilib. 

“Qafqazinfo” xəbər verir ki, 44 günlük Vətən Müharibəsində düşmən üzərində şanlı qələbə qazandığımız zəfərimizin dördüncü ildönümündə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkilləri Ramid Namazov, Nigar Məmmədova, Zaur Şükürov və Rizvan Nəbiyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri, YAP Abşeron Rayon Təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib. 

İştirakçılar ulu öndər Heydər Əliyevin Xırdalan şəhərində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad olunub. 

Şəhid ailələri, şəhid övladları və qazilərlə birlikdə rayon ictimaiyyəti tərəfindən II Fəxri Xiyaban, Xırdalan şəhərində yerləşən Şəhidlər Xatirə Kompleksi, o cümlədən rayonun bütün şəhər, kənd və qəsəbələrindəki Şəhidlər Xiyabanları və şəhidlərimizin dəfn olunduğu müqəddəs məkanlar ziyarət olunub, məzarları üzərinə gül dəstələri qoyularaq onların xatirələri ehtiramla yad olunub. 

Zəfər Gününə həsr olunmuş tədbir Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində davam etdirilib. İlk öncə burada tədbir iştirakçıları Vətən Müharibəsinə həsr olunan sərgiyə baxış keçiriblər. 

Tədbirdə Dövlət Himni oxunub, ümummilli lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Vətən Müharibəsindəki şanlı qələbəmizə və igidlərimizin göstərdiyi misilsiz şücaətinə həsr olunan videoçarx nümayiş olunub.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə Vətən Müharibəsində qazandığımız şanlı qələbə xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. 

Düşmən üzərindəki parlaq zəfərlə torpaqlarımızın işğaldan azad olunduğunu, 30 illik vətən həsrətinə son qoyulduğunu vurğulayan RİH başçısı qeyd edib ki, artıq doğma yurd yerlərimizə yenidən həyat qayıdıb, dövlətimizin diqqət və qayğısı ilə Qarabağda böyük quruculuq işləri görülür. 

Sonra Milli Məclis üzvləri Ramid Namazov, Nigar Məmmədova və Rizvan Nəbiyev çıxış edərək bildiriblər ki, təkcə müasir tariximizin deyil, ümumi dövlətçilik tariximizin şanlı səhifələrindən olan - Zəfər Gününə aparan yolun əsası ümummili lider Heydər Əliyevin hərbi və diplomatik sahələrdə apardığı uğurlu siyasətlə qoyulub.

Qeyd edilib ki, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad olunub. 44 günlük Vətən müharibəsi günlərində Prezident İlham Əliyevin Ali Baş Komandan kimi hərbi fəaliyyəti ilə yanaşı, informasiya və təbliğat sahəsindəki fəaliyyəti də Azərbaycanın siyasi-diplomatik uğurudur.

Vətən müharibəsi nəticəsində BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi Qətnamələrin tələblərinin icrasını təmin edən dövlətimiz bununla regionda dayanıqlı sabitliyə, sülhə və əməkdaşlığa şərait yaradan və beynəlxalq hüquqa əsaslanan yeni siyasi şərait yaradıb.

Sonra Vətən Müharibəsi şəhidi Hüseyn Nəcəfzadənin anası Könül Nəcəfzadə və Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev çıxış edərək Şanlı zəfərimizdən danışmış, ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına böyük diqqət və qayğının göstərildiyini, bütün bunlara görə Prezident İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Daha sonra incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təqdim olunub. 







Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Noyabr 2024 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri