Icma.az
close
up
RU
ABŞın sanksiya siyasəti...

ABŞın sanksiya siyasəti...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Artıq bumeranq effekti verməkdədir

ABŞ-ın iqtisadi sanksiyaları siyasi məqsədlər daşıyır

Hazırda dünyada baş verən hadisələr fonunda “sanksiya siyasəti” daha geniş şəkildə tətbiq olunmağa başlayıb. Dünyanın böyük dövlətləri və blokları qarşılıqlı olaraq sanksiyalar tətbiq etməklə öz üstünlüklərini təmin etməyə çalışırlar. Bu mənada son illərdə ən çox sanksiyalara məruz qalan ölkələrdən biri Rusiyadır - Ukrayna ilə müharibə səbəbilə Avropa İttifaqı Rusiyaya qarşı 14 sanksiya paketi qəbul edib. Sanksiya tətbiq edən ölkələr arasında ABŞ-ı lider hesab etmək mümkündür. Yeri gəlmişkən, bir neçə gün öncə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) materiallarına əsasən, nazirlik “Qazprombank”, “BKS Bank” və “DOM.RF” daxil olmaqla 50-dən çox Rusiya bankına qarşı sanksiyalar tətbiq edib.

Vaşinqton Rusiyaya və Çinə qarşı yeni sanksiyalar tətbiq edib

Siyahıya həmçinin “Bratsk Xalq Bankı”, “Enerqotransbank”, “Kremlevski”, “İturup”, “Sinara”, “BBR”, “Fora Bank” və digər banklar da daxil edilib. Bundan əlavə, Rusiyanın maliyyə sektoru ilə əlaqəli şəxslər də sanksiyalara məruz qalıb. Siyahıda xüsusilə Mərkəzi Bankın sədrinin birinci müavini Vladimir Çistyuxin və Dmitri Tulin, Mərkəzi Bankın sədr müavini Olqa Polyakovanın da adı var.

Bundan əlavə, ABŞ Çinə qarşı da çoxsaylı sanksiyalar tətbiq edib. Məsələn, ABŞ administrasiyası gələn həftə Çinin 200-ə qədər çip istehsalçısına təsir edə biləcək yeni ixrac məhdudiyyətləri seriyasını tətbiq etmək niyyətindədir. Bu barədə “Reuters” ABŞ Ticarət Palatasına istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, ABŞ firmalarının əksəriyyətinə bu şirkətləri təchiz etmək qadağan ediləcək. Ümumiyyətlə, ABŞ indiyə qədər Çinə Tayvan, Honkonq, insan hüquqları, silah satışı və s. səbəblərə görə müxtəlif sanksiyalar tətbiq edib.

Çin cavab addımları atır

Lakin Çin də ABŞ-ın bu sanksiyalarına seyrçi qalmayaraq müvafiq addımlar atır. Məsələn, bu ilin may ayında Çinin Kommersiya Nazirliyi ABŞ-ın bir neçə şirkətini Tayvana silah satışında iştirakına görə “Etibarsız qurumlar siyahısı”na salıb. “Qara siyahı”ya salınanlar “Boeing Defense, Space & Security”, “General Atomics Aeronautical Systems” və “General Dynamics Land Systems” şirkətləridir. Onlara Çinlə idxal-ixrac əməliyyatları aparmaq, Çinə sərmayə yatırmaq qadağan olunub. Bundan başqa, şirkətlərin yüksək vəzifəli şəxslərinin Çinə girişinə icazə verilməyəcək. Çin hökuməti qərarın ölkənin milli suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumaq üçün qəbul edildiyini açıqlayıb.

Bütün bunların ardınca, Çin ABŞ-ın daha 12 şirkətinə və 10 fərdi şəxsinə sanksiyaya qarşı sanksiya tətbiqinə başladığını bəyan edib. Çin Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən sanksiya tətbiq edilən müəssisələr arasında “Lockheed Martin”in raket və atəş nəzarəti törəmə şirkəti, “Raytheon”un raket sistemləri törəmə şirkəti, fərdlər arasında isə “General Dynamics Information Technology”nin rəhbər şəxsləri də var. Çin Kommunist Partiyasının rəsmi nəşrlərindən olan “Global Times” qəzetinin  yazdığına görə, bu, həm Rusiyaya dəstək bəhanəsi ilə ABŞ-ın Çinin bir neçə müdafiə sənayesi şirkətinə sanksiya tətbiqi ilə bağlı son qərarına, həm də sözügedən şirkət və fərdlərin Tayvana silah tədarükündə iştirakına Pekinin cavabıdır. Pekinin qərarı ABŞ-ın bu cür addımlarının cavabsız qalmayacağını göstərir.

Politoloq: Sanksiyalar daha çox siyasi məqsədlərə xidmət edir

Böyük dövlətlərin sanksiya siyasətinin gerçək məqsədi nədir və bu, ciddi nəticələrə gətirib çıxarırmı? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, sanksiya hər hansı bir dövlət qurumu və ya bir qrup dövlət tərəfindən müəyyən səbəblərlə digər dövlətə və ya quruma tətbiq edilən cəza sistemidir. Onun sözlərinə görə, sanksiya dövlətlərin və beynəlxalq təşkilatların tətbiq etdiyi “məcburetmə üsulu” kimi də qiymətləndirilə bilər. Ən geniş tətbiq olunan növü iqtisadi sanksiyadır. İqtisadi sanksiyalar müxtəlif siyasi, hərbi və sosial məsələlərə görə də tətbiq oluna bilər. Eləcə də, daxili və beynəlxalq məqsədlərə nail olmaq üçün istifadə edilə bilər. Qeyd etmək lazımdır ki, sanksiyaların effektivliyi mübahisəlidir və gözlənilməz nəticələrə də səbəb olur.

ABŞ-a gəlincə, politoloq hesab edir ki, Birləşmiş Ştatlar dünyaya hegemonluq etmək iddiasındadır. Ona görə də, Vaşinqton onun maraqlarına zidd siyasət həyata keçirən ölkələri hədəfə alır. “Burada subyektiv amillər də əsas rol oynayır. ABŞ istəyir ki, bütün ölkələr onun istəyinə uyğun siyasət yeritsin, amma bu mümkün deyil. Məsələn, Rusiyaya tətbiq edilən ağır sanksiyalar istənilən nəticəni vermir. Eləcə də, Çin Xalq Respublikasına sanksiyalar yolu ilə ciddi təzyiq etmək mümkün deyil. Çin dünyada iqtisadiyyatı ən güclü olan iki dövlətdən biridir. ABŞ-ın iqtisadi sanksiyaları siyasi məqsədlər daşıyır. Amma bu sanksiyalar əks-effekt də verə bilir. Məsələn, Avropa şirkətləri etiraf edirlər ki, Rusiyaya tətbiq olunan sanksiyalardan özləri də kifayət qədər əziyyət çəkirlər. Çünki Rusiya bazarı bu şirkətlər üçün çox əhəmiyyətlidir. Eyni zamanda, onlar Rusiyadan kifayət qədər xammal alırlar. Sanksiya nəticəsində həmin xammalı başqa ölkələrin şirkətlərindən baha qiymətlərə almalı olurlar. Eləcə də, Çinə qarşı sanksiyalar bumeranq effekti verə bilir. Təsadüfi deyil ki, Rusiya, ABŞ, İran və digər böyük dövlətlər ticarət əlaqələrində dollardan imtina etmək istiqamətində addımlar atırlar. Bu da ABŞ-a iqtisadi baxımdan zərbə vurur. Bütün bunların fonunda Birləşmiş Ştatların sanksiya siyasəti gözlənilən nəticəni verməyəcək”, - deyə İ.Hüseynov vurğulayıb.

N.BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Noyabr 2024 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see147

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri