Yuventus la oyundan sonra Arda Gülerin ən yaxşı oyunçu seçilməsi xəbərinə MARAQLI REAKSİYA
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Bu qələbədən sonra özümü fantastik hiss edirəm. Komanda yoldaşlarımı təbrik edirəm və bizi dəstəkləməyə gələn azarkeşlərə minnətdarlığımı bildirirəm. Yaxşı oynadıq və üç xal qazandıq".
Oxu.Az xəbər verir ki, bu sözləri "Real Madrid"in futbolçusu Arda Güler UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin 3-cü turunda "Yuventus"la qarşılaşmadan sonra deyib.
UEFA tərəfindən matçın ən yaxşı futbolçusu seçilən türkiyəli yarımmüdafiəçi bildirib: "Baş məşqçimiz Xabi Alonsonun etibarı sayəsində özümü "Real Madrid"in vacib bir hissəsi kimi hiss edirəm. Həm 10, həm də 8 nömrə kimi oynaya bilirəm. Məşqçi məndən tempi idarə etməyi və yaradıcı olmağımı xahiş edir. Bu matçda yaxşı oynadım".
Arda Güler komanda yoldaşı Kilian Mbappe haqqında fikirlərini də bölüşüb. Türkiyəli futbolçu fransalı forvardla münasibətlərinin çox yaxşı olduğunu bəyan edib:
"Kilianla həm meydanda, həm də meydandan kənarda əla münasibətim var. O, gözəl insandır".
Xatırladaq ki, UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin 3-cü turunda "Real Madrid" öz meydanında "Yuventus"u 1:0 hesabı ilə məğlub edib. Arda qarşılaşmanın "ən yaxşı oyunçusu" adına layiq görülüb. Onun bu ada layiq görülməsi xəbərinə reaksiyası sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.
Həmin görüntüləri təqdim edirik:
Baxış sayı:67
Bu xəbər 23 Oktyabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















