Icma.az
close
up
RU
“ABŞnin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” Qüdrət Həsənquliyev

“ABŞnin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” Qüdrət Həsənquliyev

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

-Qüdrət bəy, ABŞ-də seçkilərə iki gün qaldı, namizədlərin şansların necə qiymətləndirirsiniz?

-ABŞ-də siyasi və mənəvi dəyərlərin dərin böhranı yaşanır. Həm yarıya parçalanmış xalq, həm siyasi elita öz tərəfdarının qalib gəlməsi üçün hər şeyə hazır görünür. Əhalinin yarısı 34 cinayət əməli üzrə təqsirli bilinmiş Trampı dəstəkləyir. Bir çox zəngin insanlar vətəndaş qarşıdurmasından ehtiyatlanaraq ölkəni tərk etməyə başlayıb.1994-cü ildə Ukraynaya təzyiq edərək, həm də aldadaraq onun nüvə silahını əlindən alan ABŞ indi Ukraynanı tədrici məhv olma təhlükəsi ilə üz-üzə qoyub. Dünyada sürətlə nüfuzunu itirməyə başlamış ABŞ Qədim Roma imperiyasının süqutu dövrünü yaşayır. Ukraynanın kapitulyasiyasından sonra Çin Tayvanı zorla özünə birləşdirəcək. Bununla da ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq. Qoca Avropanın kiçik və satqın liderləri isə yeni imperatorların yanında özlərinə sığınacaqlar axtaracaqlar. Beləliklə Qərb sivilizasiyasının sonu yaxınlaşacaq. Ona görə ABŞ-də kimin qalib gəlməsinin elə də əhəmiyyəti yoxdur. Həmin ölkədə ciddi siyasi islahatlar aparılmasa, həm ABŞ vətəndaşları, həm də sivil dünya bundan çox əziyyət çəkəcək.
Bizə münasibətə görə Trampın qalib gəlməsi daha məqsədəuyğundur. Onun ermənilərə yönələn reveransları erməni diasporasının, xristian həmrəyliyindən çıxış edən seçicilərin səsini almağa hesablanıb. Hər halda Trampın prezidentliyi dövründə Qarabağı azad etdik. Namizədlərin şansları demək olar ki, bərabərdir. Amma Harris vitse-prezident olduğundan onu şansı az da olsa yüksəkdir.

– Qüdrət bəy, COP 29-dan sonra çoxları ölkədə ciddi islahatlara gediləcəyini düşünür. Siz necə?

Neft hasilatının azalması və qiymətinin aşağı düşməsi islahatları qaçılmaz edir. Ölkəmizin qarşısında çox ciddi, həllini gözləyən problemlər dayanır. Bunlar aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ölkə miqyasında su və kanalizasiya sistemlərinin yenidən qurulması, işsizliyi aradan qaldırmaq üçün sənayenin inkişaf etdirilməsi, neftayrma zavodunun Bakıdan kənara köçürülməsi, Bakıda metro tikintisi, Bakıətrafı kəndlərə metro, yaxud tramvay xətlərinin çəkilməsi və nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində işlərin sürətləndirilməsi, regionların inkişaf etdirilməsi, Qarabağın bərpası, mədəniyyətə, səhiyyəyə, elmə və təhsilə böyük məbləğdə vəsaitin ayrılması və s. kimi yüz milyardlarla manat vəsait tələb edən iri maliyyə tutumlu işlərdır. İqtisadi azadlıqları genişləndirmədən, Ümumdünya Ticarət Təşkilatına üzv olmadan, mülkiyyət toxunulmazlığını, sahibkarların aşağı faizli kreditlərə çıxışını təmin etmədən, iqtisadiyyatın əsas sahələrini özəlləşdirilmədən, ən azı xidmət sahələrini nüfuzlu xarici şirkətlərə uzun müddətə idarəetməyə vermədən, iqtisadiyyata böyük həcmdə xarici investisiya cəlb etmədən, dövlətin iqtisadiyyatda rolu tənzimləmə xarakteri almayana, real olaraq ciddi rəqabətin olduğu, proteksionizmin olmadığı azad bazar iqtisadiyyatına keçməyənə qədər bu işlərin öhdəsindən layiqincə gəlmək mümükün deyil.
İslahatları uğurla həyata keçirmək üçün xalqın inandığı güclü lider, bacarıqlı kadrlar, müəyyən maliyyə ehtiyatının olması, siyasi sabitlik və əlverişli regional mühit lazımdır. Bunların hamısı demək olar ki, var. Sadəcə, qalır nə vaxt bu barədə siyasi qərar veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 Noyabr 2024 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri