ABŞnin tutulması üçün 5 milyon pul qoyduğu əfqanıstanlı nazir partlayışda həlak oldu Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Əfqanıstanın Taliban tərəfindən təyin edilmiş qaçqınlar üzrə naziri Xəlil ur-Rəhman Haqqani Kabildə baş verən partlayış nəticəsində həlak olub.
Bu barədə "əl-Cəzirə" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə paytaxtın mərkəzində yerləşən nazirliyin binasında baş verib.
Qeyd edək ki, 2021-ci ildə Taliban hökumətini qurduqdan sonra Xəlil Haqqani bu vəzifəyə təyin edilmişdi. O, Talibanla əlaqəli olan və Əfqanıstanda çoxsaylı terror aktlarında ittiham edilən "Haqqani Şəbəkəsi"nin lideri Siracüddin Haqqaninin əmisi idi.
Xəlil Haqqani, həmçinin ABŞ Maliyyə Nazirliyi tərəfindən 2011-ci ildə xüsusi təhlükəli terrorçu elan edilmiş və onun tutulması üçün 5 milyon dollar mükafat təklif olunmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 11 Dekabr 2024 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















