Icma.az
close
up
RU
Abxaziyada Kremlə qarşı üsyan “Rusiya qanunu” əhalini küçələrə tökdü AzPolitika onlayn siyasiictimai qəzet

Abxaziyada Kremlə qarşı üsyan “Rusiya qanunu” əhalini küçələrə tökdü AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyayönlü separatçı Abxaziyanın “hökuməti”nin ölkənin “suverenliyini” kəskin şəkildə məhdudlaşdıran və faktiki olaraq onu Rusiya Federasiyasının bir hissəsinə çevirən müqaviləyə imza atması genişmiqyaslı etirazlara səbəb olub.

Sənədin ratifikasiyası üçün “parlament” proseduru zamanı müxalifət tərəfdarları ilə separatçı rejimin deputatları arasında toqquşma baş verib. Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları müxalifət partiyalarının bir neçə nümayəndəsini saxlayıb. Nəticədə etirazlar daha da kütləvi xarakter alıb.

Suxuminin mərkəzinə toplaşan minlərlə müxalifət tərəfdarı mərkəzi küçələri bağlayıb. Müşahidəçilər etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmaların olduğunu bildiriblər.

“Təhlükəsizlik Şurası”nın fövqəladə iclasında çıxış edən Abxaziyanın “prezidenti” Aslan Bjaniya Suxumi sakinlərini əmin edib ki, “respublika” ərazisində vəziyyət hakimiyyətin nəzarətindədir.

Abxaz “prezidenti”nin ofisinin təhlükəsizliyini bir neçə silahlı birləşmə zirehli maşınların köməyi ilə təmin edir.

Noyabrın 12-də səhərə qədər “hökumət rəsmiləri” “parlamentdə” gərginlikdən sonra saxlanılan müxalifətçiləri azad edəcəklərinə söz verib. Bundan sonra gərginlik bir qədər səngiyib və etirazçılar Gürcüstana gedən yoldakı Kodori körpüsünün açılmasına razı olbular. Eyni zamanda etirazçılar tələbləri yerinə yetirilməsə, yenidən körpünü bağlayacaqlarını bildiriblər. Xatırladaq ki, etirazçılar günorta saatlarında Suxumidən bütün çıxışları bağlamışdılar.

Abxaziya hadisələrini şərh edən rusiyalı politoloq Yevgeni Mixaylov qeyd edib ki, 2008-ci ildə Moskva Abxaziyanın müstəqilliyini tanıyanda yerli siyasətçilər və sovet dövründə Gürcüstanın tərkibində olan muxtar respublikanın əhalisi tam müstəqilliyə ürəkdən ümid bəsləyirdilər. Baxmayaraq, onlar çox gözəl başa düşürdülər ki, Rusiyanın dəstəyi olmadan Abxaziyanın mövcudluğu mümkün deyil. "Bəli, Rusiya təxminən otuz ildən sonra "havayı pendirin tələdə olduğunu" onlara xatırlatdı və abxazlara siyasətlə altruizmin bir-birinə uyğun gəlməyən anlayışlar olduğunu başa saldı. Kreml Suxumi hakimiyyətindən rus iş adamlarının Abxaziyaya sərmayə qoymasına, onun ərazisində daşınmaz əmlak və torpaq sahələri almasına, həmçinin abxaz sahibkarları ilə birgə müəssisələr yaratmasına imkan verməyən bütün qanunvericilik məhdudiyyətlərini aradan qaldırmağı tələb etdib", - Mixayılov qeyd edib.

Politoloqun fikrincə, bu tələblər çoxillik təcrübə ilə daha da ağırlaşdı və bunun nəticəsində Abxaziya hakimiyyəti Kremlin investisiyalarını aktiv şəkildə mənimsəyərək, tez-tez rus iş adamlarını aldadırdı.

Ekspert vurğulayır ki, Abxaziya fiziki olaraq Rusiyasız mövcud ola bilməz. Suxumi Rusiyanın himayəsindən məhrum olarsa, abxazlar üçün yeganə seçim Gürcüstan və Cənubi Osetiya ilə konfederasiyadır. "Onlar Rusiya sərmayələrindən oğurluq və şəxsi varlanma üçün istifadə ediblər", - Mixaylov iddia edir.

“Vaxtilə ilkin razılıq əldə edilmişdi ki, Abxaziya ərazisində Rusiya Federasiyasının qanunları tətbiq olunmağa başlamalıdır. Nəticədə bir çox cinayətkarlar Abxaziya ərazisində gizlənirlər və orada Rusiya qanunvericiliyinin təsirlərindən kənarda qalırlar. Həm də xarakterikdir ki, ruslar Abxaziyada torpaq ala bilmirlər, lakin əks istiqamətdə belə bir məhdudiyyət yoxdur. Buna görə də Rusiya Federasiyasından Abxaziyada birgə müəssisələr yaradan iş adamları tez-tez aldadılırdılar. Məsələn, abxaz həmtəsisçiləri vasitəsilə biznesə yatırılan əmlakları və pulları əllərindən alınıb. Sonda Rusiya bundan bezdi və şərtlər qoymağa başladı”.

Rusiyalı politoloqun izah etdiyi kimi, Abxaziyada çox güman ki, hazırkı etirazların arxasında Qərb tərəfindən maliyyələşdirilən müxalif qeyri-kommersiya təşkilatları (QHT) var. Bundan əlavə, Türkiyənin Suxumiyə böyük təsiri var. Lakin Mixaylovun sözlərinə görə, Rusiya vəziyyəti sabitləşdirmək üçün hər cür səy göstərəcək: “Axı Abxaziya Gürcüstan deyil. Orada cəmi yarım milyon əhali var, onlar da kifayət qədər pərakəndədirlər. Düşünürəm ki, bir az qışqırıb sakitləşəcəklər”.

Mixaylov əmindir ki, Abxaziya fiziki olaraq Rusiyasız mövcud ola bilməz. Suxumi Rusiyanın himayəsindən məhrum olarsa, abxazlar üçün yeganə variant Gürcüstan və Cənubi Osetiya ilə konfederasiyadır. "Ancaq bu, yalnız Rusiyanın himayəsi altında mümkündür”, - Yevgeni Mixaylov vurğulayıb.

"AzPoıitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Noyabr 2024 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri