Icma.az
close
up
RU
Abxaziyada nə baş verir?

Abxaziyada nə baş verir?

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Abxaziya ətrafında cərəyan edən son proseslər diqqət çəkir. Belə ki, Rusiya ilə mübahisəli investisiya sazişindən sonra qondarma “qurum”da aksiyalar başladı. Aksiya iştirakçıları "hökumət binalarını" tam ələ keçirdi. “Prezident” Aslan Bjaniya əvvəlcə doğulduğu kəndə - Tamışa sığındı, bir neçə gün sonra isə istefa verdi.

Proseslərin diqqətçəkən tərəfi bütün bunların Gürcüstandakı parlament seçkiləri fonunda baş verməsidir. Düzdür, Abxaziyada seçkiöncəsi də vəziyyət gərgin idi, amma bu həddə deyildi. Aksiya iştirakçılarının "hökumət binalarını" tam ələ keçirməsi, “Prezident” Aslan Bjaniyanın istefa verməsi vəziyyətin qəlizliyindən xəbər verir.

Abxaziyada üç fikir mövcuddur və bu fikirlər ətrafında formalaşan qrup var:

1. Abxaziyanın Rusiyaya birləşməsi və daxili subyekt olmasını tələb edənlər;

2. Abxaziyanın Gürcüstana birləşib yüksək muxtariyyətlə idarə edilməsini istəyənlər;

3. Abxaziyanın öz müqəddəratını təyin edib müstəqil olmasını düşünənlər.

İkinci düşüncədə olanlar, yəni Abxaziyanın Gürcüstana birləşib yüksək muxtariyyətlə idarə edilməsini istəyənlər azlıq təşkil edir. Bunun ən böyük səbəbi isə abxazların əksəriyyətinin Gürcüstan tərəfindən etnik diskriminasiyaya məruz qaldığını düşünməsidir.

Keçmiş gürcü siyasətçilərin yanlış daxili siyasəti bu düşüncəni ildən-ilə radikallaşdırıb. 2008-ci il olaylarından bu günə qədər isə Abxaziya faktiki olaraq müstəqil dövlət kimi hərəkət edir.

Bu gün Abxaziyadakı daxili çəkişmə Rusiyaya birləşməsi və daxili subyekt olmasını tələb edənlər ilə müstəqil olmasını istəyənlər arasında gedir. “Prezident” Aslan Bjaniya da Abxaziyanın Rusiyaya birləşməsi və daxili subyekt olmasını istəyən qrupa mənsub idi. Əgər Rusiya ilə mübahisəli investisiya sazişi alınsaydı, proses sürətlənə bilərdi.

Abxaziyadakı olayların indiki məqamda Gürcüstandakı seçkilərin nəticəsi ilə əlaqəsi isə xüsusi diqqət çəkir. Məsələ ondadır ki, Gürcüstan qərbmeyilli siyasət yeritdiyi vaxtda Qərb Tbilisini Abxaziya və Cənubi Osetiya məsələsində dəstəkləyib. Düzdür, bu dəstək sözlü olsa da, abxazların müqəddəratı məsələsi heç vaxt müzakirə predmeti olmayıb. Lakin Gürcü Arzusunun Qərblə arasında məsafə qoyması, Kremllə normallaşmaqda maraqlı görünməsi prosesləri dəyişə bilər. Yəni Əgər Gürcüstan Rusiya ilə münasibətləri normallaşdırsa, Qərb buna cavab kimi Abxaziyanın müqəddəratını təyin etməsi məsələsində aktivləşə bilər. Nəzərə alaq ki, rusmeyilli Aslan Bjaniya da istefa verib,yeni “prezident”in kimliyi hələlik bəlli deyil.

Gürcüstanda seçkisonrası vəziyyət gərgin olaraq qalır. Müxalifət hələ də aksiyalar təşkil edir. Belə bir məqamda hakim Gürcü Arzusu Partiyasının diqqəti çətin ki, Abxaziyada olsun. Abxazlar bu vəziyyətdən istifadə edib Qərblə təmas qura bilər. Çünki abxazlar Rusiya-Gürcüstan münasibətlərinin normallaşması fonunda Kremlin Abxaziyanı Tbilisiyə güzəştə gedəcəyini düşünür. Hətta Gürcüstanın burada antiterror əməliyyatlarına başlaması da istisna edilmir.

Turan Rzayev, politoloq

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Noyabr 2024 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see841

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see556

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see318

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see301

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see287

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see284

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see282

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see272

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see236

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see210

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see196

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see182

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see175

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri