Abxaziyada parlamentə girməyə çalışan etirazçılara müdaxilə edilib
Icma.az, Aznews.az saytına istinadən bildirir.
Gürcüstandan birtərəfli qaydada müstəqilliyini elan edən Abxaziyada oktyabrın 30-da Rusiya ilə imzalanan investisiya müqaviləsinə reaksiyalar davam edir.
Müxalifətin başçılıq etdiyi çoxlu sayda etirazçı sazişin təsdiq üçün deputatlara təqdim olunacağı Abxaziya parlamentinin qarşısına toplaşıb.
Təhlükəsizlik qüvvələrinin tədbirinə baxmayaraq parlamentə daxil olmaq istəyən etirazçılar dəmir barmaqlıqları dağıtmağa çalışıblar.
Etirazçıları dağıtmaq istəyən təhlükəsizlik qüvvələri gözyaşardıcı qazla müdaxilə edib.
Parlament qarşısında gərginlik artdığından investisiya sazişinin səsə qoyulacağı iclas təxirə salınıb.
Qərar etirazçılara elan edildikdən sonra parlament qarşısındakı kütlə dağılışmağa başlayıb. Lakin müxalifət razılaşma geri götürülənə qədər aksiyaları davam etdirəcəklərini açıqlayıb.
Mövsüm
AzNews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 15 Noyabr 2024 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















