Abzas Media işində təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimat verilib
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Abzas Media" işə bağlı təqsirləndirilən və barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş Fərid İsmayılov saxlanılıb.
"Report" xəbər verir ki, Fərid İsmayılov hazırda barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Xətai rayon Məhkəməsinə aparılır.
İstintaq orqanı Fərid İsmayılov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat verib.
Qeyd edək ki, ötən il Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
Akif Qurbanova, Ələsgər Məmmədli və daha bir neçə nəfər saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 17 Yanvar 2025 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















