“AccessBank” geri satın alınmış imtiyazlı səhmlərini ləğv edib
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
“AccessBank” QSC geri satın alınmış imtiyazlı səhmlərin dövriyyədən çıxarıb və ləğv edib.
“APA-Economics” bu barədə banka istinadən xəbər verir. Məlumata görə, “Accessbank” hər birinin nominal dəyəri 1 manat, ümumi nominal dəyəri və ümumi dəyəri 11 mln. 388 min 889 manat geri satın alınmış ( 11 mln. 388 min 889 ədəd) AZ3002004282 və AZ3001004283 dövlət qeydiyyat nömrəli qeyri-kumulyativ, sənədsiz, adlı imtiyazlı səhmlərin dövriyyədən çıxarıb və ləğv edib.
Qeyd edilib ki, bu, Bankın Səhmdarlarının Ümumi Yığıncağının 29 may 2024-cü il tarixli qərarına əsasən həyata keçirilib.
Səhmlərin geri satın alınması prosesi Mərkəzi Bankın yazılı razılığı əsasında 24 iyul 2024-cü il tarixində başlayıb və 9 dekabr 2024-cü il tarixində başa çatıb. Bank tərəfindən geri satın alınmış imtiyazlı səhmlər üzrə ödəniş imtiyazlı səhmdarların hesablarına köçürülüb.
Baxış sayı:134
Bu xəbər 27 Dekabr 2024 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















