AÇG dən indiyədək 610 mln. tondan artıq heft hasil olunub
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlarından indiyədək 613 mln. ton neft hasil olunur.
Bu barədə “APA-Economics” Energetika Nazirliyinə istinadən xəbər verir.
Məllumata görə, AÇG-dən bu günədək 239 mlrd. Kubmetr qaz hasil olunub, bunun da 61,3 mlrd. kubmetri Azərbaycan dövlətinə ötürülüb.
Qeyd etmək lazımdır ki, AÇG-də hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulur.
“Bu ilin ilk 8 ayında AÇG üzrə orta gündəlik neft hasilatı 44 min ton, gündəlik neft ixracı isə 327 min barel”, - məlumatda qeyd olunur.
Xatırladaq ki, 1994-cü il sentyabrın 20-də AÇG-nin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında saziş imzalanıb.
AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 31,65%, MOL – 9,57%, "Inpex" – 9,31%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,92%.
Baxış sayı:102
Bu xəbər 20 Sentyabr 2025 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















