Icma.az
close
up
RU
Azərbaycan milli mətbəxi Uruqvayda “Beynəlxalq Kulinariya Günü”ndə təqdim olunub

Azərbaycan milli mətbəxi Uruqvayda “Beynəlxalq Kulinariya Günü”ndə təqdim olunub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 12 noyabr, AZƏRTAC

Uruqvay Şərq Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin təşkilatçılığı ilə keçirilən “Beynəlxalq Kulinariya Günü” (Día Internacional de la Cocina) tədbirində Azərbaycan milli mətbəxinin zəngin nümunələri təqdim olunub.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Uruqvaydakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyinin iştirakı ilə təşkil olunan təqdimatda milli mətbəximizə məxsus müxtəlif təamlar nümayiş etdirilərək Uruqvay ictimaiyyətinin nümayəndələrinə, diplomatik korpusun üzvlərinə və digər qonaqlara təqdim edilib.

Təqdimat zamanı iştirakçılara Azərbaycan xalqının çoxəsrlik kulinariya ənənələri, milli mətbəximizin zənginliyi və özünəməxsus xüsusiyyətləri barədə məlumat verilib. Qonaqlar Azərbaycan mətbəxinin nümunələrini dadmaq və ölkəmizin qastronomik mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Azərbaycan milli mətbəxinin təqdimatı ölkəmizin zəngin mədəni irsinin Uruqvayda təbliği, yerli ictimaiyyətin Azərbaycan mədəniyyəti haqqında məlumatlılığının artırılması və xalqlar arasında mədəni əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olub.

Müxtəlif ölkələrin milli mətbəxlərinin nümayiş olunduğu tədbirdə Uruqvay ictimaiyyətinin nümayəndələri, ölkədə akkreditə olunmuş diplomatik korpusun üzvləri və digər qonaqlar iştirak ediblər. Tədbir mədəniyyətlərarası dialoqun təşviqi, milli kulinariya ənənələrinin tanıdılması və müxtəlif xalqlar arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərinin möhkəmləndirilməsi üçün əlverişli imkan yaradıb.

Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyinin bu tədbirdə iştirakı milli mətbəximizin və mədəni irsimizin beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilən mədəni diplomatiya fəaliyyətinin tərkib hissəsi olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Noyabr 2026 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri