Kütləvi zəhərlənmə olan restoranda YOXLAMA: kabablardan nələr çıxdı?
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Bakının Nizami rayonunda yerləşən “Qızıl Qaya” restoranında zəhərlənmə şübhəsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan araşdırmalar yekunlaşıb.
AQTA-dan Lent.az-a bildirilib ki, agentliyin əməkdaşları tərəfindən müəssisədə keçirilən plandankənar yoxlama zamanı ümumi sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, qida məhsullarının emalı və saxlanılması prosesində bir sıra nöqsanlara, o cümlədən çarpaz çirklənmə risklərinə yol verildiyi müəyyən edilib.
Laborator müayinələr zamanı çiy mal ətində, marinad edilmiş toyuq lüləsində və toyuq kababında Listeria (listeria monocytogenes), paytaxt salatında isə E.coli (escherichia coli) bakteriyaları aşkarlanıb.
Aşkarlanmış uyğunsuzluqlarla bağlı qanunvericiliyə müvafiq tədbirlər görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 12 Noyabr 2026 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















