Icma.az
close
up
RU
ACILARIN ƏN BÖYÜYÜ VƏTƏNƏ HƏSRƏT, GÖZÜ YOLLARDA, KÜSKÜN YAŞAMAQMIŞ

ACILARIN ƏN BÖYÜYÜ VƏTƏNƏ HƏSRƏT, GÖZÜ YOLLARDA, KÜSKÜN YAŞAMAQMIŞ

Oxumeni.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ACILARIN ƏN BÖYÜYÜ VƏTƏNƏ HƏSRƏT, GÖZÜ YOLLARDA, KÜSKÜN YAŞAMAQMIŞ

Dövlətimizin hazırda prioritet məsələlərdən biri və başlıcası Qərbi Azərbaycana qayıdış konsepsiyasıdır. Tarixi torpaqlarımızdan, öz ata-baba yurdlarından qaçqın düşən soydaşlarımız o böyük Qayıdışı səbirsizliklə gözləyirlər. Elə bugünkü müsahibim də Qərbi Azərbaycandan qaçqın düşərək Bakıda məskunlaşan, bir neçə şeirlər kitabının müəllifi, şairə Xatirə Həsrət Göyçədir.

Haşiyə: Xatirə Həsrət Göyçə (Zülfüqarova Xatirə Ziyad qızı) 15 sentyabr 1974-cü ildə Qərbi Azərbaycanın Çəmbərək rayonun Cil kəndində anadan olub.1988-ci ildə deportasiya nəticəsində öz doğma vətənindən didərgin düşüb. Hal-hazırda Daşkəsən şəhərində yaşayır. Şeirləri müxtəlif mətbuat orqanlarında çap olunub. Sözlərinə mahnılar bəstələnib. “Dumanlı kölgələr” və “Sevdamın adı Vətən” adlı şeir kitabları çap olunub. Ailəlidir. Üç övladı var.

-Xatirə xanım, bilirəm o saf, məsum uşaqlıq illərinizə qayıtmaq sizi kövrəldəcək. Amma gəlin, bu gün sizdən çox-çox uzaqlarda qalan, həsrətində olduğunuz o doğma yurd yerlərində yaşadığınız ayların, illərin, günlərin heç bir zaman unudulmayan, heç nə ilə əvəzolunmayan şirin xatirələrdən başlayaq söhbətimizə?

-Bəli, uşaqlığımın kövrək, nəğmə kimi şirin xatirələri Ulu Göyçəmizdə, doğma Cilimdə keçirdiyim ən xoşbəxt anlarımın silinməz izləridi. Qışın qar-boranında qonşu uşaqlarla birgə Yerrinin yolundan (məhləmizin adı idi) qarda sürüşə-sürüşə, yıxıla-dura məktəbə gedərdim. 3 mərtəbəli, yeni tikilmiş Cil Kənd Orta Məktəbinin binası, müəllimlərim, oxuduğum 8A sinfinin uşaqları mənə çox doğma, əziz idi. Şən uşaqlığımın ən gözəl, yaddaqalan çağları o sinifdə keçib... Yaz gələndə günlərimin çoxu Əyriqova, Suluqova dərəsində, bulaqların başında keçərdi. Orda qonşu uşaqlarla quzu otarar, oyun oynayar, gül-çiçək yığar, hətta, dərslərimizi də sal qayaların üstündə yazıb-oxuyardıq. O qayaların üstündə daş xınası olardı, onu bulağın suyundan töküb, daşla əzib qızlarla əlimizə xına yaxardıq…

-O döşü xınalı, gülü-çiçəyi saflıq nəğməsi kimi, sağlıq nəşəsi kimi insanı sehrləyən, Cil kəndində necə bir ailədə böyümüsünüz?

-Sadə, zəhmətkeş bir ailədə dünyaya gəlmişəm. 5 bacı, bir qardaş olmuşuq. Altı nəfərdən ibarət gözəl bir ailəmiz vardı. Mən ailənin 2-ci uşağı olmuşam. Kim bilə bilərdi ki, o sakit, qaragözlü qız, bu kiçik çiyinlərində neçə ömrün yükünü daşıyacaq...

Söhbətimizin bu yerində Göyçənin gözəlliyini xatırladan iri, qara gözləri dolaraq misraları səsləndirir gözəl şairəmiz:

Onda ərköyündüm, onda əzizdim,

Nə acı nisgilim, nə qəmim vardı.

Sirin laylasıyla, od nəfəsinə,

Büküb, hər dərdimə yetənim vardı.

***

Qönçə arzularım tərdi, təptəzə,

Ürək yanmamışdı atəşə, közə.

Bülbül avazıyla, gül gəzə-gəzə,

Nəğmələr içində ötənim vardı.

***

Ayrılıq gözümü sulamamışdı,

Hicran qollarını dolamamışdı.

Odum yad ocağı qalamamışdı,

Yolumda dumanım, nə çənim vardı.

***

Üç yandan dağlarla, bir yandan göllə,

Bənövşə, nərgizli çəmənlə, çöllə.

Ağır, qədirbilən obayla, ellə,

Cənnətin qoynunda Vətənim vardı.

***

Şehli laylasıydım, dərənin düzün,

Nurumdan yanırdı üzü gündüzün.

Xatirə nə bilsin bəxtəvər qızın,

Ömrünün bu qədər sitəmi vardı.

-Atanız da yəqin ki, torpağa, Vətənə, saza-sözə bağlı insan olub ki, siz də sanki ondan gələn kök üstdə bitmisiniz…

-Rəhmətlik atam sakit, amma çox qoçaq, zəhmətkeş, ailəcanlı, mərd, cəsur insan idi. Mən atamın bu xarakterinə heyran idim. Qorxu nə idi bilməzdi. Onun möhkəm yaddaşı, zil səsi vardı, hətta bədahətən şeirlər də deyərdi. Atam çoban idi, həm də yaxşı suvaq vurardı. O, çox gözəl tütək çalar, bulaqların başında aşıq mahnıları oxuyardı…

Atasıyla fəxr edib, qürur duyduğu ləyaqətli bir övladın sinəsindən qopur bu sözlər də:

Mən nə xan qızıyam, nədə ki, sultan,

Sadə bir məsləkli Çobanqızıyam.

Qüruru, vüqarı dağlardan uca,

Pak, təmiz ürəkli Çobanqızıyam.

***

Şərəfli ad oldu varım, dövlətim,

Dünyalar bəzədi könül sərvətim.

Bir nimdaş çuxada namus, qeyrətin,

Gəzdiyi bəzəkli Çobanqızıyam.

-Cil kəndində tariximizi yaşadan qədim abidələrimizi xatırlayırsınızmı?

-Kəndimiz Oğuz yurdunun qədim yaşayış məskənlərindəndi, tarixi eramızdan əvvəlki dövrlərə gedib çıxır. XV-XVI əsrlərdə adı Ərqavil və Ərkəcilli ( tərs ərənlərin eli) adlanıb. Orda qədim dövrlərə aid qəbirlər, kilsə, dəyirman, kurqanlar var idi:

Qayalar üstündə köküm, kötüyüm,

Kol-kos kötüyüylə, palıd bir olmaz!

Babamın qoyduğu hər daş tarixdi,

Qanla yazılanlar suyla yuyulmaz!

-Yəqin ki, Cil kəndinin azman saz-söz sahibi olan aşıqlarını da unutmamısınız?

-Təbii ki, unutmamışam. Kəndimizin aşıqlarından Aşıq Yunis, Aşıq Müseyib kimi böyük sənətkarları tanıyıram. Aşıq Müseyibi canlı olaraq görmüşəm. Aşıq Vüqar Mazanov indiki dövrün tanınmış, ən gözəl aşıqlarından biridir.

Bu yerdə sanki şairəmizin sinəsində Vətən tonqalı qalanır:

Cilli Yunis İlahinin ətası,

“Qaragöz”dü Müseyibin sədası.

Zəki İslam qələminin nidası,

“Göyçə” ilə peymanı var Göyçənin,

Sazlı, sözlü ünvanı var Göyçənin…

-Doğma yurddan zorən ayrılanda elə qəbiristanlıqlar da qəribləşir, kimsəsizləşir, torpağı da çatlayır susuz qəbirlərin…

- Kənddə ulu babalarımın, nənələrimin, körpəlikdə vəfat edən bacımın, xalamın və digər yaxın qohumlarımın qəbirləri qalıb. İndi o qəbirləri erməni vandalları dağıdıb-deyərək kövrəlib şairə yenə sözdən imdad diləyir:

Küskün ruhum gecə-gündüz fəğanda,

Vətən gəzib, nalə çəkir hər yanda.

Ata-baba, hərəsi bir məkanda,

Qərib düşən məzardanmı, yazım mən?

Qərbi Azərbaycana qayıdış olanda və təbii ki, Ali Baş Komandanımızın da dediyi kimi, biz mütləq Qərbi Azərbaycana qayıdacağıq. Yəqin ki, hamı kimi siz də hazırlaşarsınız?

- Mən hər anımı ora, Göyçəmə, Cilimə getmək arzusuyla yaşayıram. O müqəddəs torpağa üz sürtə-sürtə, sürünə-sürünə dönərəm! Hər qarşına canım fəda olsun! Ömrümün 38 ilini oranı görmək ümidiylə, göz yaşlarımı içimə axıdaraq yaşadım. Acıların ən böyüyü Vətənə həsrət, gözü yollarda, küskün yaşamaqmış:

Səslə eli, dönək şirin çağlara,

Bitsin həsrət, intizarım, a Göyçəm!

Buz nəfəsim, nəfəsində isinsin,

Ərisin qəm, dərd qubarım, a Göyçəm!

***

Qoşun çəkək ayrılığın qışına,

Sevinc qonsun gözlərimin yaşına.

Qurban olum, torpağına, daşına,

Əzəmətim, dağ vüqarım, a Göyçəm!

-1988-ci ildə Ermənistanın azərbaycanlıları əzəli torpaqlarından, doğma Vətəndən deportasiyası kövrək qəlbinizdə ağır iz buraxıb. 14 yaşlı bir qızın xəyalında o dəhşətli illər necə qalıb?

-Bu suala cavab vermək, qaysaqsız yaraların qanına bulaşmaq qədər ağrılıdı.

1988-ci il dekabrın 6-da Göyçədən ayrıldığım o gün, acıyla, həsrətlə ötən 38 il... Qarlı bir qış günüydü. Ətraf ayrılığın sükutuna boğulurdu. Kəndimizin insanlarının çoxu köçmüşdü. Kənddə çoxlu yük daşıyan maşınlar var idi. Hamının başı köç daşımağa qarışmışdı. Bizim məhlənin də çoxu köçmüdü. Qonşularımız bizdən bir neçə saat öncə ayrılmışdı kənddən. O hay-küylü, aşıb-daşan məhləmiz səssizliyə qərq olmuşdu. Yurdu kimsəsiz görməkdən acı bir şey ola bilməz həyatda. 14 yaşlı bir uşağın gözlərində hələ də yaşayan o dəhşətli mənzərə bu günə kimi silinmədi. Ən acısı o oldu ki, məktəb dostlarımla, uşaqlıq dostlarımla vidalaşmadan ayrıldım kənddən. Hələ də bu gün onlardan ayrı, nisgillə yaşayıram. Son kərə “Alma ağacı”nın yanında dönüb kəndə baxdığım heç ağlımdan çıxmır. Göyçə gölüm, Şah dağım, Cilim uzaqdan həsrətlə boylanırdı, sanki bir yalvarış vardı o baxışlarda da. Vətənlə vidalaşmaq...ölümü qucmaqdan ağırmış:

Aranı neynirəm, dağı neynirəm?!

Qaranquş könlümün yuvası yoxsa.

Gözümə tökməyə Vətən torpağı,

Bir udum nəfəslik havası yoxsa.

***

Yad, qərib qəbirdə yatdım, oyandım,

Dərd yardı sinəmi, qana boyandım.

Xatirə, həsrətə necə dayandın?

Elinin, obanın sədası yoxsa.

-Doğma yurddan, el-obanızdan ayrılmaq, qaçqın olaraq yurd həsrəti çəkmək həyatınızda hansı izlər buraxdı?

-Mən Göyçəmlə, Cilimlə bərabər çox şeylər itirdim... Bu itkilər həyatımda dərin izlər buraxdı:

Nübarım, növrağım, ey Ulu Göyçəm,

Səninlə ağzımın dadı da getdi.

Baharım çovğunlu qışı gətirdi,

Ürəyimin qızmar odu da getdi.

***

Qürbətin yolları çınqıllı, daşlı,

Gəzdim ayaqyalın, gözləri yaşlı.

Hürkdü qəm odundan o qəmər qaşlı,

Bəxtimin ağ köhlən atı da getdi.

***

Qərib durnalartək aralı düşdüm,

Hər gecə xəyalla qoynuna köçdüm.

Xatirəyəm, yandım, közündə bişdim,

Həsrətdən sinəmin badı da getdi.

Bütün bu yaşadıqlarımıza rəğmən, çəkdiyimiz acılara, həsrətə rəğmən, inanıram ki, biz o yerlərə tezliklə qayıdacağıq və o qayıdış ömürlük olacaq. Bu inamı isə bizdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev yaradıb...

Söhbətləşdi: Tahirə Ağamirzə

Hazırladı İsa Rəvan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 23 Avqust 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saç ustası olduğu deyilən həkim DANIŞDI

22 Avqust 2025 09:52see223

14 yaşlı azərbaycanlı gənc yeni sosial şəbəkə yaratdı REAX istifadəyə verildi

21 Avqust 2025 17:42see198

Talassemiya Mərkəzi ilə bağlı narazılıqlar: Pasiyentlər dərman çatışmazlığından şikayətçidirlər

22 Avqust 2025 00:35see191

Kişilər, çox kök yeməyin!?.

21 Avqust 2025 23:26see170

Naxçıvanda Regional Ailə mərkəzləri yaradılacaq

21 Avqust 2025 19:09see162

Aynişan: “Restoranda “steak” 200 manat idi, dedim, nə yaxşı ucuzdur” VİDEO

21 Avqust 2025 18:15see139

Ərdoğan Makronla müzakirə apardı

21 Avqust 2025 19:21see128

AFFA nın baş katibi “Qarabağ”ın qonağı olub Şəkillər

23 Avqust 2025 06:01see128

KL: Başakşehir ev, Beşiktaş ın səfər sınağı YENİLƏNİR

21 Avqust 2025 17:01see127

Avropa Liqası: “Samsunspor” ilk oyunda “Panatinaikos”a uduzub

22 Avqust 2025 00:08see126

Məşhur ağrıkəsici şizofreniya simptomları YARATDI

22 Avqust 2025 00:10see125

“Putin Ukraynaya hücum barədə düşünməsin deyə...”

23 Avqust 2025 04:32see125

Qarpızı necə kəsmək lazımdır? İndiyə kimi səhv edirmişik

22 Avqust 2025 09:54see123

Premyer Liqa klubu 70 milyona hücumçu alır

22 Avqust 2025 23:39see122

Benfika dan Beşiktaş a maraqlı mesaj

22 Avqust 2025 23:46see121

Dost Estetik Mərkəzi ndə əməliyyat zamanı qeyri etik görüntüləri yayılan həkim DANIŞDI

22 Avqust 2025 00:48see120

Avtomobil almaq istəyənlərə şad xəbər: say artdı, xərc azaldı 4 min manat...

23 Avqust 2025 07:01see120

Ana itkin düşən oğluna görə fəryad etdi

21 Avqust 2025 18:08see119

Manaf Ağayevin illər ərzində cavanlaşması diqqət çəkdi VİDEO

22 Avqust 2025 16:06see118

Şakiradan fırıldaqçılıq: Himndən əldə olunan pullar mənimsənilib?

22 Avqust 2025 05:01see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri