Acınacaqlı şəraitdə yaşayan yataqxana sakinləri şikayətçidirlər: Evlərimiz bərbad haldadır
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Gəncə şəhəri, 38 saylı Hərbi Şəhərcikdə məskunlaşan, Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər yaşadıqları yataqxana binasının şəraitsizliyindən şikayət edirlər.
İllərdir həll edilməyən problemlərdən narazılıq bildirən sakinlər binadan köçürülmə ilə bağlı aidiyyəti dövlət qurumlarından kömək gözləyirlər.
"Buraya gələndən evlərimiz bərbad haldadır, qapı-pəncərəsi yoxdur. Bütün aidiyyəti qurumlar vəziyyətdən xəbərdardır. Binanın girişinə bir qapı da qoymadılar ki, içəri it-pişik yuvası olmasın. Girib baxsanız, görərsiniz ki, bu evlərdə yaşamaq mümkün deyil", - deyə sakinlər şikayətlərində bildiriblər.
Ətraflı Baku Tv-nin süjetində:
Acınacaqlı şəraitdə yaşayan yataqxana sakinləri şikayətçidirlər: "Evlərimiz bərbad haldadır"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 14 Fevral 2025 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















