Icma.az
close
up
RU
İranlı diplomatdan sərt mesaj : “Müharibə sərhədləri aşacaq”

İranlı diplomatdan sərt mesaj : “Müharibə sərhədləri aşacaq”

Icma.az, Sitat.info portalına istinadən məlumat verir.

İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla müzakirələr apardıqdan sonra jurnalistlərin suallarına cavab verib. İranlı nazir jurnalistlər vasitəsilə Tehranın mesajlarını çatdırmaq istəyib. “İrana hücum olarsa, müharibə sərhədləri aşacaq” – bu iranlı diplomatın səsləndirdiyi əsas mesaj olub. İran rəsmiləri hər zaman deyirlər ki, ABŞ İrana zərbə vurarsa, İran da Amerikanın bölgədəki hərbi bazalarına zərbələr endirəcək. ABŞ-ın Azərbaycanda hərbi bazası yoxdur, ancaq iki ölkə arasında tərəfdaşlıq münasibətləri formalaşıb. Azərbaycan qonşu ölkədə sabitlikdə maraqlıdır. Ancaq iranlı diplomatın sözlərindən belə çıxır ki, İranda müharibə nəticəsində sabitlik pozularsa, Tehran qonşu ölkələrə problem yaradacaq. Bu açıq-aşkar təhdiddir".

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Elxan  Şahinoğlu deyib. 

O bildirib ki, İranlı diplomat bunun ardınca “bəzi region ölkələrinin bunu başa düşdüyünü və bu təhlükə haqda ABŞ rəhbərliyini xəbərdar etdiyini bildirib” ifadəsini işlədib: "ABŞ Prezidenti Donald Trampı İrana zərbə vurmaqdan çəkindirməyə çalışan 4 dövlət – Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və Oman olub. Ancaq ABŞ Prezidenti Donald Trampa bu haqda suala cavab verərkən, İrana zərbə endirməmək qərarını öz mülahizələrinə görə ertələdiyini deyib. İranlı diplomat bölgə ölkələrinin ABŞ Prezidentinin qərarına təsir etdiyini və bu amilin müharibə təhlükəsini sovuşdurduğunu vurğulasa da, Ağ Ev sahibinin təlimatıyla Amerikanın bir neçə hərbi gəmisi İran sahillərinə yaxınlaşıb. Yəni İranla bağlı təhlükə hələ sovuşmayıb".

Nigar,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://sitat.info
archiveBu xəbər 23 Yanvar 2026 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri