Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Açıq deyin ki, ölənlər günahkardır, “Şəki yaylısı” mələkdir...

Açıq deyin ki, ölənlər günahkardır, “Şəki yaylısı” mələkdir...

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Əvvəlcə məlumat belə yayıldı ki, “Şəki yaylası” adlı istirahət məkanında kanat trosunun qırılması nəticəsində Coşqun Məmmədov yerə düşüb və dünyasını dəyişib; qopan tros yerdə olan Ucal Bayramova da dəyib və o da həlak olub.

Sonra hər iki şəxsin kanatdan istifadə edərkən trosun qırılması nəticəsində vəfat etdikləri haqda məlumat yayıldı.

Coşqun Məmmədovun 31 yaşı varmış, bu ay ailə quracaqmış - demək, iki ailə bədbəxt oldu!

Ucal Bayramov isə evlilik ildönümünü qeyd etmək üçün bu əyləncə məkanına gedibmiş - bir ildir ailə qurubmuş və demək, bu faciə də bir ailə ilə yekunlaşmır.

Faciədir, əlbəttə və bu faciəvi hadisəni “Şəki yaylası”nın sahibi, administratoru, işçiləri qətiyyən arzulamasa da, ortada bir səhlənkarlıq var.

İlkin ehtimallar da bu istiqamətdə idi!

Elə ki “Şəki yaylası”nın sahibinin məşhur iş adamı, “Qurtuluş-93” yaşayış kompleksinin və Novxanıdakı “My Beach” istirahət mərkəzinin sahibi Məhərrəm Novruzov olduğu üzə çıxdı, ehtimallar da dəyişdi!

Bir kanal əməkdaşının “hadisə yerindən” dediklərinə baxaq: adam əvvəlcə Şəki turizminin gözəlliklərindən bəhs edir, sonra keçid edir “Şəki yaylası”ndakı faciəyə. Ehtimal deyil, tam qənaətlərlə başlayır döşəməyə ki, iki gənc burada “ektremal, adrinalin idman növü kimi hesab olunan Ziplayndan (Zipline) yıxılaraq (???) həyatlarını itirdilər”.

Faciəvi hadisəyə o formada giriş vermək üçün hansı peşəkarlıq səviyyəsi tələb olunduğunu bir kənara qoyaq. Ancaq Ziplaynın əyləncə olmasını ikinci dərəcəyə keçirmək, onu “ektremal idman növü” kateqoriyasında göstərmək və faciəni “bədbəxt hadisə” olaraq xarakterizə etmək birilərini məsuliyyətdən qorumağa hesablanan təqdimata çox bənzəyir.

Ektremal oyun növüdürsə, əyləncə mərkəzində niyə Ziplayn quraşdırılır? Bu sualın cavabı varmı?

Deyir: “Məlum oldu ki, gənclər tros qırılması nəticəsində deyil, güclü külək və bir növ təlaş vəziyyətində olaraq, Ziplaynın rolikləri trosdan çıxaraq, yerə düşüblər”...

Bu erməni budaq cümləsi ilə nəyi izah etmək istəyir? Yəni külək gəncləri çaşdırıb, gənclər çaşdığı üçün “rolik”lər trosdan çıxıb və onlar yerə çırpılıblar?

Bəs, bu suallara kim cavab verəcək?

- Küləkli hava idisə, Ziplayndan istifadəyə niyə icazə verilirdi?

- “Rolik”lər trosdan necə “çıxa” bilər - banka qapağıdır? Tras qırılmasa və yaxud “rolik”lər sınmasa, trosdan necə ayrıla bilər?

- Təhlükəsizlik məqsədi ilə qoruyucu, yəni əlavə kəndir trosa bağlanır - o kəndir həm də oturacaq kimi düzəldilir və istifadəçi onun üstündə oturur. Əgər tros qırılmayıbsa, “rolik” sınıb və trosdan çıxıbsa, qoruyucu kəndir niyə onları saxlamayıb? Yoxsa qoruyucu kəndiri bağlamağı Ziplayndan istifadənin təhlükəsizliyini təmin etməli olanlar “unudublar”?

- Gənclərin başına qoruyucu dəbilqə qoyulmuşdumu? Yoxsa onu da təhlükəsizliyə cavabdeh olanlar unutmuşdu?

“Gördüyünüz kimi, burada troslar sağlam qalır və qırılmayıb” deyir “hadisə yerindən” reportaj verən şəxs.

Bəs, kəndir niyə qorumayıb axı bu gəncləri? Bu sualın cavabı niyə yoxdur?

“Ümumiyyətlə, idman həvəskarları turizm sahəsində həmişə risk altında olublar - istər alpinizm olsun, istər ziplaynlar olsun...” - deyir reportajçı.

Necə yəni risk altındadır? Ziplaynla alpinizmi bir cərgəyə qoymaq?...

Yəni ziplaynlardan istifadə edənlər əvvəlcədən ölüm hökmlərinə qol çəkirlər?

Aha, deyəsən, elə bunu da demək istəyir reportajçı: “Gənclər Ziplayndan istifadə etməmişdən öncə sığortaya qol çəkiblər”.

Qəribədir: “Şəki yaylası”nda rolikin qırılması külək və gənclərin çaşmasının nəticəsidir və gənclər sığortaya qol çəkməklə, ölüm halında kimsənin məsuliyyət daşımayacağını istəyiblər?

Və həm də o qəribədir ki, bunu bütün media tirajlayır və “gənclər sığortaya imza atıblarmış”ı da “özləri ölümə gediblərmiş” kimi təqdim edirlər sanki...

Bəlkə, gənclərin ora ölmək üçün getdiyini və intihar etdiyini deyib, ara yerdə “Şəki yaylası”nı bədnam etdiklərinə keçid edəsiniz və həlak olanlardan təzminat istəyəsiniz?

Yeri gəlmişkən, Məhərrəm Novruzovun xanımı da bir neçə il öncə qəza etmiş, iki nəfər yaralanmışdı, kürəkəni isə sərxoş vəziyyətdə idarə etdiyi bahalı maşınla qəza törətmiş, 4 nəfər ölmüşdü...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://axar.az
archiveBu xəbər 09 Sentyabr 2026 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see340

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see332

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see330

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see329

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see281

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see269

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see266

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see262

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see255

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see254

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see232

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see230

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see221

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see215

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see212

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see212

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see200

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see196

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see189

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri