Icma.az
close
up
RU
“Açıq futbol oynamaq “Ayaks” üçün intihar olar” Bugünkü matça proqnoz

“Açıq futbol oynamaq “Ayaks” üçün intihar olar” Bugünkü matça proqnoz

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

“Qarabağ” üçün bu matçı taleyüklü oyundur. “Ayaks”la qarşılaşma təmsilçimiz üçün həm də ən çətin görüş olacaq. Çoxları düşünür ki, hollandlar Bakıya itkilərlə gəlib və heyətin bir neçə əsas oyunçusu yoxdur. Ancaq bu bizim üçün arxayınçılıq yaratmamalıdır. Ani bir arxayınçılıq faciə ilə nəticələnə bilər”.

Bu sözləri “Yeni Sabah”a idman yazarı, Aut.az saytının baş redaktoru Natiq Muxtarlı deyib.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda “Qarabağ” bu gün növbəti oyunu Niderlandın “Ayaks” klubu ilə keçirəcək.

N. Muxtarlı bildirib ki, “Ayaks”ın itirəcəyi heç nə yoxdur:

 “Qarabağ” istənilən komanda ilə oynamağa qadirdir. Bunu Bakıda “Çelsi” ilə matçda gördük. Amma heç bir halda “Ayaks”a yuxarıdan-aşağı baxmamalıyıq.

Düşünmürəm ki, Qurban Qurbanov “Ayaks”la matça fərqli taktika ilə çıxacaq. Çünki bu ehtimal özünü doğrultmaya bilər. “Qarabağ” ənənəvi oyununu oynayacaq və topa nəzarət etməyə çalışacaq. “Ayaks”ın isə itirəcəyi heç nə yoxdur. Hollandların təhlükəli olmasının yeganə səbəbi odur ki, onlar növbəti mərhələyə yüksəlmək şansını tamamilə itirib.

Adətən, bu cür komandalar arxayın olur və rəqib üçün ciddi təhlükə yaradır. “Qarabağ”ın isə üzərində böyük təzyiq var. Çünki bu matçda əldə ediləcək qələbə Ağdam təmsilçisinin ilk 24-lükdə yerinin təmin edilməsini reallaşdıracaq. Bizim azarkeşlərin gözləntisi bu matçdan mütləq qələbədir”.

Jurnalist vurğulayıb ki, axşamkı matçda “Qarabağ” həmişəki oyununu oynayacaq:

“Mən güman edirəm ki, təmsilçimiz bu təzyiqin öhdəsindən gələcək. “Qarabağ” öz oyununu oynayacaq. Minimum səhvlərə yol verməklə, real imkanlardan maksimum yararlanmaq lazımdır. “Ayaks” “Qarabağ”la açıq futbol oynasa, bu təmsilçimiz üçün göydəndüşmə olacaq. Çünki Ağdam təmsilçisi oyun zamanı özünə açıq sahələr verən rəqiblərə qarşı çox rahat hiss edir. Lakin mən “Ayaks”ın Bakıda açıq futbol oynayacağını güman etmirəm. Açıq futbol oynamaq “Ayaks” üçün intihar olar”.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 Dekabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri