Icma.az
close
up
RU
Açıq lyuklar, dağılmış yollar... Zərər görən nəqliyyat vasitəsinə görə qurumlar hüquqi məsuliyyət daşıyır Video

Açıq lyuklar, dağılmış yollar... Zərər görən nəqliyyat vasitəsinə görə qurumlar hüquqi məsuliyyət daşıyır Video

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Etiraf etməliyik ki, ölkəmizin ən yaralı problemlərindən biri yol problemidir. İstər bölgələrdə, istər Bakıda və Bakının kəndlərində olsun, vətəndaşları narahat edən əsas problem yol problemidir. Ölkə büdcəsindən vəsait ayrılır, “iş görülür”, amma ortada doğru-dürüst bir yol yoxdur.

Bəzən düşünürəm ki, AAYDA sistemini başdan təmizləyib, yenidən yığmaq lazımdır. Çünki illər boyu “ayrılan vəsait hara xərclənir” sualına cavab axtarmaqdansa, yenidən yeni bir sistem formalaşdırıb və bu yeni sistemi xüsusi nəzarətə almaq lazımdır ki, ayrılan vəsaitin hara xərcləndiyini şəffaf şəkildə görə bilək. Yoxsa, sözün əsl mənasında pul hansısa üsulla "silinir". Elə uzağa getməyək, Pirşağı kəndini götürək: yol çəkilir, dağıdılır, yenidən salınır, yenidən dağıdılır, yenidən qazılır. Sual verən də yoxdur ki, “a bala, istədiyiniz nədir?”

Bu gün yollarımızda açıq lyuklar, qazıldıqdan sonra hamarlanmamış yerlər, təpəciklər və s. saysızdır. Bəs avtomobilimizə zərər dəyərsə, bu zərəri kim ödəməlidir?

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Respublikasında Avtomobil Yolları haqqında Qanunun tələbinə görə qanunun dördüncü maddəsində qeyd edilir ki, avtomobil yolları mülkiyyətçilərinə görə üç kateqoriyaya dövlət, bələdiyyə və özəl mülkiyyətdə olan avtomobil yollarına bölünür. Bu yolların saxlanılmasına və o cümlədən, bu yolların istifadə olunmasına birbaşa məsuliyyət həmin yolların mülkiyyətçiləri və ya konkret kimin balansındadırsa, həmin qurumlar birbaşa cavabdehlik daşıyır.

Ramil Süleymanov / Foto: Bizimyol.info

“Azərbaycan Respublikasının Avtomobil Yolları haqqında Qanunun 51-ci maddəsinə görə, o cümlədən bu yollara vurulan zərərlərə görə birbaşa məsuliyyət daşıyır. Qeyd edim ki, adı çəkilən Qanunun 52-ci maddəsinə görə yol təsərrüfatı orqanlarının idarə və müəssisələrinin, habelə özəl yolların mülkiyyətçilərinin mülkiyyətində olan yollarla bağlı, məsuliyyətsiz davranışı nəticəsində vaxtında təmir işlərinin aparılmaması, o cümlədən həmin yolların baxımsızlığı nəticəsində vətəndaşların fiziki şəxslərin və ya hüquqi avtomaşınlara zərər dəymiş olarsa və ya bununla bağlı törədilən avtoqəza nəticəsində şəxslərin həyat və sağlamlığına zərər dəymiş olarsa və bu vəziyyət hadisəni araşdıran orqan tərəfindən öz təsdiqini tapmış olarsa, burada həmin yolu balansında saxlayan şəxsə, yəni dövlət qurumuna, bələdiyyəyə və ya özəl şəxsə qarşı Məhkəmədə iddia qaldırmaqla, yolların baxımsız olmasından dolayı, avtomobilə, həyat və sağlamlığa dəymiş zərər nəticəsində itirilmiş maddi və mənəvi xərclərə görə, məhkəmədə tələb edilməsi mümkündür”-deyən Ramil Süleymanov hesab edir ki, bu da məhkəmələr tərəfindən təmin olunması vacib iddiadır.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Aprel 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri