Icma.az
close
up
RU
Daşkənddə keçirilən konfransda soydaşımız yüksək ada layiq görülüb

Daşkənddə keçirilən konfransda soydaşımız yüksək ada layiq görülüb

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Daşkənddə UNESCO-nun Elm, Mədəniyyət, Təhsil və İncəsənət Xadimlərinin Beynəlxalq Assosiasiyasının təşəbbüsü ilə “Leninqrad-Daşkənd-Səmərqənd: Qələbə yolu ilə” adlı konfrans keçirilib.

Leninqradın blokadasının 80 illiyi ilə bağlı keçirilən tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin professor-müəllim heyəti iştirak edib.

Tədbiri Assosiasiyanın prezidenti Aleksandr Koşurko açaraq təmsil etdiyi qurumum fəaliyyəti haqqında söhbət açıb, gələcək planlar haqqında məlumat verib. O, Özbəkistanın elm adamları ilə əməkdaşlığından danışıb, belə bir konfransın qədim Səmərqənd şəhərində də keçirildiyini bildirib.

Tanınmış özbək rəssamı Məhəmməd  Fazili, Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetinin professoru, soydaşlarımız  Səxavət Ociyev, müəllim Sultan Xankişiyev və başqaları öz çıxışlarında Özbəkistanın elm dairələrinin Assosiasiya ilə əməkdaşlığından danışıb, gələcəkdə əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduqlarını vurğulayıblar.

Tədbirin sonunda Aleksandr Koşurko Səxavət Ociyevə və Məhəmməd Faziliyə qurumun Əməkdar elm xadimi adı verilməsi ilə bağlı müvafiq vəsiqə və qızıl döş nişanı təqdim edib.

Magistr Ələskər Juxtarova Assosiasiyanın üzvlük şəhadətnaməsi verilib.

Tədbirin sonunda Səxavət Ociyev çıxış edərək minnətdarlığını bildirib, “Vətən həsrəti”adlı şeirlər  kitabını Aleksandr Koşurkoya təqdim edib.

Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri