Icma.az
close
up
RU
“Plastik və polietilen torbalardan imtina etmək ekosistemin qorunmasına yardım edir” EKOLOQ

“Plastik və polietilen torbalardan imtina etmək ekosistemin qorunmasına yardım edir” EKOLOQ

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illər qlobal iqlim dəyişikliyi, plastik tullantıların artması, sənaye çirkliliyi və təbiətə məsuliyyətsiz yanaşma ətraf mühitin qorunmasını daha da vacib məsələyə çevirib.

Son illər qlobal iqlim dəyişikliyi, plastik tullantıların artması, sənaye çirkliliyi və təbiətə məsuliyyətsiz yanaşma ətraf mühitin qorunmasını dünyanın əsas problemlərindən birinə çevirib.

Azərbaycanda da bu məsələ diqqət mərkəzindədir — xüsusilə böyük şəhərlərdə və sənaye bölgələrində tullantıların idarə olunması ilə bağlı ciddi problemlər qalmaqdadır.

Çirklənmənin həm ekosistemə, həm də insanların sağlamlığına mənfi təsiri getdikcə daha aydın hiss olunur.

Bu problem yalnız dövlət qurumlarının deyil, cəmiyyətin bütün təbəqələrinin — xüsusilə gənclərin aktiv iştirakı ilə həll edilə bilər. Effektiv tullantı idarəçiliyi və ekoloji maarifləndirmə olmadan dayanıqlı inkişaf mümkün deyil.

Bəs hazırda ölkədə hansı regionlarda ətraf mühitin çirklənməsi daha çox müşahidə olunur?
Görəsən, tullantıların idarə olunması sahəsində əsas çətinliklər nələrdir?

Mövzu ilə bağlı Gununsesi.info -ya danışan “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli mövzunu belə şərh edib:

“Hər il dünyada 500 milyon ton plastik məhsul istehsal olunur. Plastik və polietilen məhsulların parçalanaraq yox olması torpaqda 800 il, dənizdə isə 400 il vaxt aparır. Bu rəqəmlər vəziyyətin nə qədər ciddi olduğunu göstərir.

Dəniz heyvanları, suda və quruda yaşayan canlılar bu çirklənmədən əziyyət çəkirlər. Televiziya verilişlərində və sənədli filmlərdə belə hallara rast gəlmək mümkündür. Məsələn, balina balası vaxtı bir plastik təkər onun boynuna keçib və böyüdükcə təkər quyruq hissəsində halqa əmələ gətirib. Nəticədə quyruq həmin halqanın içində inkişafdan qalır ki, bu da olduqca anormal və ağrılı vəziyyətdir.

Unutmamalıyıq ki, bu planetdə yalnız insanlar yaşamır. Hər şey insanın rahatlığına hesablanmamalıdır. Bəli, insan yaradılışın ən şərəfli və şüurlu varlığıdır, amma ekosistem tək insandan ibarət deyil. Bütün heyvanların, bitki və digər canlı növlərinin yaşamaq haqqı var. Biz isə şüurlu bir varlıq olaraq, planetin məsuliyyətini çiynimizdə daşıyır və onların da qayğısına qalmalıyıq. Bunun əsas yollarından biri plastik və polietilen torbalardan imtina etməkdir”.

Ekoloq bu problemin aradan qaldırılması üçün alternativ yolların mövcud olduğunu da qeyd edib.

“Düzdür, kağız torbalar geniş istifadə olunur. Lakin kağız məhsullar da ağacdan hazırlandığı üçün ətraf mühitə təsir göstərir. Biz daha davamlı həll yolları tapa bilərik. Məsələn, 30–40 il əvvəl insanlar bazara kəndirdən və həsirdən hazırlanmış torbalarla gedirdilər. Bu, nə psixoloji narahatlıq yaradırdı, nə də çətinlik. Hər kəs öz torbasını aparır, içini doldurub geri gətirirdi.

Üstəlik, bəzi meyvə və məhsulları — məsələn, çiyələk, üzüm, dəymiş armud və xurmanı — həsirdən hazırlanmış torbalarda daşımaq daha rahat olurdu, çünki onlar əzilmirdi. Bütün bu məsələlər maarifləndirmə ilə bağlıdır. Cəmiyyətdə sosial-iqtisadi vəziyyət istənilən səviyyədə olsa da, maarifləndirməyə həmişə ehtiyac var. Rəsmi qurumlar bu istiqamətdə müəyyən işlər görür, zibilləməyə və ətraf mühiti çirkləndirməyə görə cərimələr tətbiq olunur. Bu tədbirlər müəyyən effekt versə də, əsas yük maarifləndirmənin üzərinə düşür.

Cəmiyyətin davamlı inkişafı və təbiətin qorunması üçün ən vacib amil insanların ekoloji şüurunun formalaşdırılmasıdır. Hazırda planetdə, demək olar ki, bütün ölçülərdə ekoloji tarazlığı pozan, ekoloji böhran yaradan və ətraf mühiti çirkləndirən əsas amillərdən biri plastik tullantılardır. Plastik tullantıların artması bu problemi daha da dərinləşdirir. Əgər 1960-cı illərdə plastik tullantıların miqdarı cəmi 2 faiz təşkil edirdisə, bu rəqəm hazırda 12 faizə çatıb ki, bu da fəlakətli göstəricidir. Təbii ki, bu artımın əsas səbəbləri sənayenin genişlənməsi, şəhərləşmənin sürətlənməsi və əhali sayının artması ilə bağlıdır”.

Onun sözlərinə görə, əsas problemi yaradan tərəf istehsalçılardır:

“Lakin onlar da müəyyən mənada mövcud tələbat və bazar şəraitinə uyğun olaraq fəaliyyət göstərirlər.

Təxminən 30 il əvvəl, sovet dövründə içkilər, sular, müxtəlif qida məhsulları, o cümlədən şoraba və digər ərzaqlar əsasən şüşə bankalarda istehsal olunurdu. Həmin vaxt şüşə qablar həm ekoloji baxımdan daha təhlükəsiz idi, həm də təkrar istifadəyə yararlı idi.

İndi isə vəziyyət dəyişib — bazarda əsasən plastik butulkalar, plastik qablar və bir dəfəlik istifadə üçün nəzərdə tutulan çəngəl, boşqab, stəkan kimi məhsullar geniş yayılıb. Bu cür məhsullar restoranlarda, iaşə müəssisələrində və satış şəbəkələrində kütləvi şəkildə istifadə olunur.

İstehlakçılar bu məhsullardan istifadə etdikdən sonra onları məişət tullantıları üçün ayrılmış yerlərə atmalıdırlar. Lakin təəssüf ki, bəzən tullantılar hara gəldi atılır ki, bu da əlavə ekoloji problemlərə səbəb olur.

Məhz buna görə Azərbaycanda son illər tullantıların idarə olunması ilə bağlı qaydalar sərtləşdirilib, ətraf mühiti çirkləndirməyə görə tətbiq olunan cərimələr artırılıb. Bu tədbirlər, şübhəsiz ki, əhalinin maarifləndirilməsi və ekoloji şüurun formalaşması istiqamətində görülən işlərin nəticəsidir.

Tullantıların idarə olunmasında çətinliklər və bölgələr üzrə vəziyyət müxtəlifdir. Son illər Bakıda məişət tullantılarının çeşidlənməsi sahəsində böyük irəliləyişlər əldə olunub. Xüsusilə Balaxanıda məişət tullantılarının çeşidlənməsi zavodunun açılması bu sahədə mühüm uğurlardan biridir.

Əvvəllər, mənzil-istismar sahələri hər məhəllədə məişət tullantıları üçün qablar yerləşdirirdi. Lakin o dövrlərdə tullantıların daşınmasındansa, yandırılmasına üstünlük verilirdi. Bu isə atmosferə çirkli, kimyəvi maddələrin atılmasına və nəticədə həm ətraf mühitin, həm də insan sağlamlığının zərər görməsinə səbəb olurdu. Belə hallar xüsusilə tənəffüs yolları xəstəliklərinin artmasına gətirib çıxarırdı.

Bununla yanaşı, bu proses Bakının ekoloji mühitinə də mənfi təsir edirdi və şəhərin ekoloji balansını pozurdu. Hazırda isə belə hallara rast gəlinmir: məhəllələrdə tullantılar yandırılmır, müvafiq xidmətlər tərəfindən daşınır və çeşidlənir”.

Gülxanım Əliyeva

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Oktyabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri