Icma.az
close
up
RU
Açıq saçıqlıqla deyil, sənətimlə yüksəlmək istəyirəm Aktrisa Banizar

Açıq saçıqlıqla deyil, sənətimlə yüksəlmək istəyirəm Aktrisa Banizar

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

“Qadın olmaq həm kövrək, həm də güclü olmaq deməkdir. Bəzən göz yaşınla içini boşaldırsan, bəzən də bütün dünyaya meydan oxuyursan. Mənim həyatımda da, rollarımda da bu iki tərəf yanaşı gedir: bir tərəfdə ana qayğısı və sevgi, o biri tərəfdə isə mübarizə və dirəniş”.

Bu fikirləri gənc aktrisa Banizar Əskərova Metbuat.az-a müsahibəsində bildirib. Azərbaycan tamaşaçısına həm televiziya ekranından, həm də musiqi kliplərindən tanış olan Banizar Əskərova özünün səmimiyyəti, prinsipiallığı və seçdiyi çətin yolla fərqlənir. Onun məqsədi sadəcə məşhurluq qazanmaq yox, insanlara motivasiya və güc verməkdir.

Onunla müsahibəni təqdim edirik:

– Banizar xanım, sizin yaradıcılıq istiqamətiniz çoxşaxəlidir. Həkimlik, tərcümə, dublyaj, aparıcılıq… Necə oldu ki, yolunuz aktyorluğa çıxdı?

– Mən uşaq vaxtından səhnələrdə idim. Məktəbdə sosial tədbirlərdə iştirak edirdim, partlayan şagird obrazından tutmuş müxtəlif səhnəciklərdə oynamışam. Atam-anam da yaradıcı insanlar olduğundan bu yol mənim üçün təbii idi. Tibb təhsilim olsa da, özümü heç vaxt “rəsmi kabinet” insanı kimi görmürdüm. Mən həmişə yaradıcı sahədə özümü tapmışam.

– İlk peşəkar fəaliyyətiniz necə başladı?

– Rusiyada oxuyanda aktyorluq və radio aparıcılığı kursunu bitirdim. Orada studiyalarda dublyaj etdim – məsələn, “Titanik” filmində Rozanı, “Çəkməli Pişik”də Kit obrazını səsləndirdim. Bu, mənim üçün böyük məktəb idi. Azərbaycana qayıtdıqdan sonra televiziya və reklam sahəsinə dəvət aldım. İlk böyük təcrübəm isə O. Henrinin “Milad hədiyyəsi” əsəri əsasında çəkilən tamaşada baş rol oldu. O tamaşada oynadığım Della obrazı mənim üçün həm aktrisalıq məktəbi, həm də həyat dərsi oldu.

– Çox zaman deyirlər ki, Azərbaycanda aktrisa olmaq həm cəmiyyətin gözündə, həm də ailə içində asan qəbul olunmur. Siz necə qarşılandınız?

– Əvvəlcə anam qarşı çıxırdı. Çünki bizdə belə bir düşüncə var ki, aktrisa olmaq – əxlaqdan uzaq olmaq deməkdir. Mən isə hər zaman deyirdim: peşə insanın əxlaqını müəyyən etmir. Əxlaqı insan özü müəyyən edir. Mən çox namuslu müəllimə tanımışam, amma həm də pis yola düşmüş müəllimlər də olub. Deməli, məsələ sənətin özündə yox, insanın xarakterindədir. Ən böyük üstünlük odur ki, qadın emosiya və duyğunu daha dərindən yaşayır və bunu tamaşaçıya ötürə bilir. Çətinliyi isə cəmiyyətin bəzi stereotiplərindədir. Bəzən aktrisaya şübhə ilə baxırlar, amma mən öz prinsiplərimlə sübut etmişəm ki, sənət qadının dəyərlərini əlindən almır. Əksinə, onları daha da ucalda bilir.

– Rollarınız çox emosionaldır. Bu hissləri haradan gətirirsiniz?

– Mənim həyatım kifayət qədər çətin olub. Bəzən deyirlər ki, aktrisa ağlamaq üçün keçmişini yada salır. Amma mənim göz yaşlarım heç vaxt süni olmayıb. Hər roluma o hissləri daşıyıram. Ona görə də tamaşaçılar inanır, təsirlənir.

– Rollarınızı seçərkən əsas meyarınız nədir?

– Mən açıq-saçıq səhnələrə razılıq verməmişəm, ödəniş yüksək olsa belə. Mənim üçün əxlaq və prinsiplər hər şeydən öndədir. İstəyirəm ki, tamaşaçı mənim obrazlarımdan fayda və güc alsın, sadəcə mənim üzümü tanımaqla kifayətlənməsin.

– Azərbaycanda ilk ciddi aktrisa kimi təcrübəniz hans istiqamətdə olub?

– Televiziya tamaşası “Milad hədiyyəsi” (O. Henrinin əsəri əsasında) mənim ilk baş rolum idi. Daha sonra tanınmış müğənnilərin kliplərində – məsələn, Nadir Qafarzadənin klipində oynamışam. Son illərdə isə “Evimdəki Düşmən” filmi mənim üçün əsl təcrübə məktəbi oldu.

– Çəkiliş meydanında əsasən sizi ruhlandıran nə olur?

– Ən böyük motivasiyam tamaşaçıların və həmkarların reaksiyasıdır. Məsələn, “Milad hədiyyəsi” tamaşasında monoloqum zamanı həm aktyor heyəti, həm də tamaşaçılar göz yaşlarını saxlaya bilməmişdi. Mən özümü tərifləmək istəmirəm, amma bilirəm ki, səmimiyyət və emosional enerji insanlara keçir.

– Tamaşaçının gördüyü obrazla real Banizar arasında fərq varmı?

– Çox deyil. Mənim canlandırdığım rollar adətən kövrəklik, duyğusallıq və fədakarlıq tələb edir və bunlar mənim real xarakterimlə üst-üstə düşür. Amma həyatda çox güclü görünsəm də, içimdə çox kövrəyəm.

- Aparıcısı olduğunuz hansı layihələr sizin üçün xüsusi yer tutur?

– Ən yaddaqalanı uşaqlara yönəlmiş “Qızıl Açar” layihəsi idi. Mən həmişə uşaqlarla işləməyi sevirəm. Çünki mənim üçün “yad uşaq” anlayışı yoxdur – hər uşağa öz övladım kimi yanaşıram. Bu layihədə valideynlərin “mən övladımı sənə etibar edərəm” deməsi mənim üçün ən böyük mükafat idi.

- Siz həm də uşaq bağçasında tərbiyəçi kimi işləmisiniz…

– Bəli, mən bağçada işləyəndə uşaqlardan elə bir enerji alırdım ki, onu heç bir başqa işdə tapmaq olmur. Onların saf baxışları, kiçik uğurları, hətta sadə bir “müəllimə, sizi sevirəm” sözləri günümü işıqlandırırdı. Mən uşaqlara dərs keçirdim, amma əslində çox şeyi də onlardan öyrənirdim – səbri, təmizliyi, sevgini. Bu iş mənə göstərdi ki, uşaqlarla işləmək sadəcə peşə deyil, həm də böyük məsuliyyətdir.

– Adınız çox maraqlıdır. “Banizar” adını kim qoyub və mənası nədir?

– Bu sualı mənə çox verirlər (gülür). Adımı anam qoyub. Sağ olsun ki, belə qeyri-adi və yaddaqalan bir ad seçib. 1994-cü ildə Pakistanın baş naziri Benazir Bhutto olub, anam da onun adını çox bəyənib və mənə də həmin adın uyğunlaşdırılmış formasını verib. Bizim mentalitetdə “dilə uyğun olsun” yanaşması var deyə, “Benazir” bir az dəyişdirilib, “Banizar” kimi qalıb.

Uşaqlıqda bununla bağlı maraqlı xatirələrim də olub. Bir dəfə coğrafiya müəlliməm soruşdu ki, “Banizar” hansı kəndin adıdır? Mən də cavab verdim ki, yox, bu mənim öz adımdır. Amma müəllimə elə bilmişdi səhv yazılıb (gülür). Halbuki mənim adım o dövrün baş nazirinin adına uyğun seçilib.

Mən Rusiyada yeddi il yaşamışam. Orada da hamı adıma diqqət yetirirdi, yadlarında qalırdı. Sonra Şotland şirkətində bir il yarım çalışdım. Xarici həmkarlarım da bu adın mənşəyini soruşanda izah edirdim, onlar da maraqlı hekayə kimi qəbul edirdilər.

– Tamaşaçılar sizi “Evimdəki Düşmən” filmi ilə də tanıyır. Bu layihə necə yarandı?

Bu film mənim üçün bir dönüm nöqtəsi oldu. Rejissorumuz Ruslan İbrahimli Qazaxda yaşayırdı. Çoxları onu tanımırdı, amma mən onun istedadını hiss etdim. O, Rusiyada və ABŞ-də təhsil alıb. 2022-ci ildə ən yaxşı rejissor mükafatına layiq görülüb. Mən onunla işləməyə razılıq verdim.

Film real hadisə motivləri əsasında çəkilib. Mənim obrazım namusunu qorumaq üçün fədakarlıq edən bir qadın idi. Çox çətin emosional rol idi, amma mən bütün qəlbimlə oynadım.

- Sizcə, Banu obrazı Azərbaycan qadınının hansı tərəflərini əks etdirir?

Bilirsiniz, mənim üçün bu filmdə ən maraqlı tərəf onun əsas mövzusunun qadın həyatı üzərində qurulması idi. Çünki özüm də bir qadın olaraq obrazı özümə çox yaxın hiss etdim. Mənə görə, bütün qadınlar bir az Banudur — həyatın çətinliklərinə qarşı mübarizə aparan, öz şərəfini qoruyan, həm incə, həm də güclü varlıqlar.

Filmin xarici festivallara seçilməsi, iki həftə Londonda nümayiş olunması və Yaponiyanın nüfuzlu “Qızıl fond” platformasında yer alması mənim üçün gözlənilməz uğur oldu. Üstəlik, Mədəniyyət Nazirliyinin bu istiqamətdə yaratdığı şərait gözləntilərimi aşaraq mənə əlavə motivasiya verdi.

Bu layihə mənim üçün həm də çox gözəl bir komanda demək idi. Heyətimiz kiçik olsa da, sanki ailə kimi çalışırdıq. Hər kəs öz işinə böyük məsuliyyətlə yanaşırdı. Mən mahnının sözlərini yazdım – “Yalan danışır” adlı mahnını. Paylaşandan sonra çox adam bizə müraciət etdi ki, bu mahnı “YouTube”da varmı, çünki çox bəyənmişdilər. Musiqini isə Ruslan İbrahimli bəstələdi. Montaj prosesində də iştirak etdim, Ruslanla birgə hər detal üzərində işlədik. Hətta ssenaridə bəzi əlavələr və dəyişikliklər də etdim, bu zaman rejissor köməkçisi kimi fəal rol oynadım.


Bu film mənim üçün sadəcə bir layihə deyil, həm də həyatımın, hisslərimin və qadınlıq gücümün ifadəsidir. Üstəlik, yaxın günlərdə “Evimdəki düşmən” serialının Yevlaxda El TV-də yayımlanacağı da mənim üçün əlavə qürur mənbəyidir.

– Banizar, gələcək planlarınız haqqında oxucularımızla paylaşmaq istədiyiniz məqamlar hansıdır?

– Mən özümü planlı insan hesab etmirəm. Ən uğurlu işlərim spontan olub. Düşünürəm ki, bəzən Allahın yazdığı ssenari insana verdiyi ən gözəl yoldur. Əlbəttə, yeni filmlər üzərində işlərim var – həm “Evimdəki düşmən”in davamı, həm də yeni bir layihə. Amma konkret plan qurub “mütləq belə olacaq” demirəm. Çünki həyat özü sürprizlərlə doludur.

– Sizə sənət fəaliyyətinizdə uğurlar arzu edirik.

– Çox sağ olun! Mənim üçün ən böyük uğur tamaşaçıların sevgisidir. Əgər gördüyüm iş insanlara təsir edə bilirsə, düşündürürsə və onların qəlbinə yol tapırsa – bu, artıq ən böyük mükafatdır. Mən də çalışacam ki, bundan sonra da həm filmlərdə, həm də digər layihələrdə daha səmimi, daha güclü işlər ortaya qoyum.

Gülbəniz Hüseynli / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 19 Avqust 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri