Acun Ərdoğana hədiyyə verdi FOTO
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İngiltərənin "Hall Siti" klubunun sahibi Acun Ilıcalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, türkiyəli iş adamı bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Dövlət başçımız Rəcəb Tayyib Ərdoğan sıx iş qrafikinə baxmayaraq, məni Prezident Sarayında qəbul etdi. Hörmətli Prezidentimizə "Hall Siti" klubu ilə İngiltərə Premyer Liqasına yüksəlmək yolunda gördüyümüz işlər barədə ətraflı məlumat vermək imkanı qazandım. Göstərdiyi diqqət və maraq məni qürurlandırdı və xoşbəxt etdi", - deyə Acun Ilıcalı bildirib.
Tanınmış media maqnatı paylaşımını bu sözlərlə tamamlayıb:
"İnşallah, Allah gələcəkdə əldə edəcəyimiz yeni uğurları da onunla bölüşmək fürsətini bizə nəsib edər".
Qeyd edək ki, İngiltərə Çempionşipində çıxış edən "Hall Siti" yeni mövsümdə İngiltərə Premyer Liqasında mübarizə aparacaq.
Milli.Az
Baxış sayı:115
Bu xəbər 12 İyun 2026 22:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















