Acun Ilıcalı onu qovdu
Publika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Hall Siti” baş məşqçi Tim Valteri istefaya göndərib.
Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Alman mütəxəssis İngiltərə klubunda 2024-cü ilin mayından işləyirdi.
Çempionşipdə 17 oyundan sonra “Hall Siti” 15 xalla 22-ci pillədə qərarlaşıb.
Nyabrın 26-da “Hall Siti” “Şeffild Uensdey”ə 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, “Hall Siti”nin sahibi Türkiyəli televiziya maqnatı Acun Ilıcalıdır.


