Acun Ilıcalı və Mauro İkardi yenidən mübahisə etdilər
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Qalatasaray" klubunun argentinalı ulduzu Mauro İkardi "Qalatasaray" - "Adana Dəmirspor" matçında qonaq komandanın meydanı oyunun yarısından tərk etməsi ilə bağlı diqqət çəkən paylaşım edib.
Oxu.Az xəbər verir ki, İkardi ötən mövsüm Superkubok matçında əzəli rəqibləri "Fənərbağça"nın meydandan çəkildiyini xatırladaraq deja-vü (oxşar hadisənin təkrarlanması) ifadəsini işlədib.
Acun Ilıcalının İkardiyə cavabı isə gecikməyib.
"Fənərbağça"nın vitse-prezidenti Acun Ilıcalı İkardinin paylaşımına şəxsi "X" sosial şəbəkə hesabında cavab olaraq bildirib:
"İkardinin prezidentimiz və ya baş məşqçimizlə bağlı yazılarını qınayıram. Bir daha "Qalatasaray"a səslənirəm, futbolçu prezidentlə bu cür rəftar etməz, rəqib prezidentə hörmətsizlik etməz. Bizim futbolçular belə şeylər etmirlər", - deyə A.Ilıcalı yazıb.
Qeyd edək ki, ötən mövsüm Türkiyə Superkubokunun finalında "Qalatasaray" - "Fənərbağça" matçı baş tutmamışdı. Türkiyə Futbol Federasiyasının qərarları ilə razılaşmayan "sarı-lacivərdlər" oyuna U-19 komandası ilə çıxmışdılar. Birinci dəqiqədə "cimbom" hesabı açdıqdan sonra "Fənərbağça" meydanı tərk etmişdi.
Baxış sayı:96
Bu xəbər 10 Fevral 2025 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















