Icma.az
close
up
RU
Acun Ilıcalıya qarşı 100 milyon dollarlıq iddia qaldırılıb

Acun Ilıcalıya qarşı 100 milyon dollarlıq iddia qaldırılıb

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

"Survivor Yunanıstan" yarışmasının 13-cü mövsümündə Dominikan Respublikasında çəkiliş zamanı baş verən dəhşətli qəzada sol ayağını itirən 22 yaşlı iştirakçısı Stavros Floros məhkəməyə müraciət edib. 

“Cebheinfo.az” xəbər verir ki, açıq dənizdə balıq ovu zamanı tur qayığının pərvanəsinə ilişən gənc iştirakçı, səhlənkarlıq ittihamı ilə istehsal şirkəti “AcunMedya” və yayımçısı “SKAI TV”-yə qarşı 100 milyon dollardan çox məbləğdə iddia qaldırıb.

Floros tərəfindən 3 sentyabrda qaldırılan iddiada proqram prodüserləri kobud səhlənkarlıqda ittiham olunublar.Müsabiqə iştirakçısı iddia edib ki, proqram formatı açıq dənizdə balıq ovu tələb edir və Dominikan Respublikasının Bayahibe bölgəsi yaxınlığında turist axınının çox olduğu sularda lazımi təhlükəsizlik tədbirləri görülmədən dənizə göndərilib. 

İddialara görə, qəza zamanı ərazidə təhlükəsizlik qayıqları, müşahidə məntəqələri, qorunan ərazilər və ya xəbərdarlıq lövhələri olmayıb.

Floros həmçinin iddia edir ki, əvvəllər də eyni sularda qəzalar baş verib və bir ölüm hadisəsi qeydə alınıb. Keçən may ayında baş verən qəzada sol ayağı pərvanənin zərbəsi nəticəsində kəsilən gənc iştirakçı kəsilmiş əzasının sudan çıxarılmadığını bildirib.

O, həyatını qayıqdakı xarici sərnişinin qanaxmanı dayandırmaq üçün ona vurduğu turniketə borclu olduğunu bildirib.

Qəzadan sonra Floros dərhal Mayamidəki xəstəxanaya aparılıb. O, iki ay müalicə alıb, bu müddət ərzində sol ayağı amputasiya edilib və ağır zədələnmiş sağ ayağını bərpa etmək üçün çoxsaylı çətin əməliyyatlar aparılıb. 

Keçmişdə və gələcəkdə yaşanacaq fiziki ağrı, psixoloji travma və həyat keyfiyyətinin itirilməsi səbəbi ilə tələb olunan kompensasiya 100 milyon dolları keçib.

Məhkəmə iddiasında iştirak edən tərəflərdən biri olan “AcunMedya” bildirib ki, qəza çəkilişlərə fasilə verildiyi və iştirakçının balıq ovu zamanı baş verib ki, bu, realiti şou yarışmasının əhatə dairəsindən tamamilə kənardır.

Şirkət yaralı iştirakçının dərhal müalicə olunduğunu, təhlükəsiz şəkildə xəstəxanaya aparıldığını və liman rəhbərliyinin qəzanın bütün hallarını müəyyən etmək üçün araşdırma apardığını açıqlayıb. 

Faciəvi hadisədən sonra “SKAI TV” yayım şirkəti "Survivor Yunanıstan" verilişinin yayımını dayandırıb.

Televiziya kanalı istehsal prosesinin tamamilə "AcunMedya"nın nəzarəti və məsuliyyəti altında olduğunu vurğulayıb, iştirakçının sağlamlığını yaxından izlədiklərini, onun müalicəsi və reabilitasiya xidmətləri üçün bütün mümkün dəstəyi göstərəcəklərini bildirib.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Sentyabr 2026 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri