Acunun komandası Premyer Liqaya yüksələ bilər
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
İngiltərə Çempionşipində yaşanan mütəşəkkil casusluq skandalı səbəbindən tanınmış iş adamı Acun Ilıcalının sahibi olduğu “Hall Siti” klubunun birbaşa Premyer Liqaya yüksəlmə ehtimalı yaranıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun sahibi Acun Ilıcalı “NOW Spor” telekanalına müsahibəsində deyib.
Məlumata görə, pley-off mərhələsinin yarımfinalında “Miluoll”u üstələyərək finala yüksələn “Hall Siti”nin rəqibi “Sauthempton” olmalı idi. Lakin turnir iştirakçılarının məşqlərini gizli şəkildə qeydə aldığı sübuta yetirilən “Sauthempton” mütəşəkkil casusluq ittihamı ilə pley-offdan xaric edilib. İngiltərə Futbol Assosiasiyası finalda onun yerinə “Midlsbro”nun mübarizə aparacağını elan etsə də, “Hall Siti” rəhbərliyi bu qərarla razılaşmayıb.
Məsələ ilə bağlı danışan Acun Ilıcalı hazırda klubun hüquq şöbəsinin fərqli ssenari üzərində işlədiyini bildirib:
“İngiltərə futbolunda son 120 ilin ən böyük xaosu yaşanır. Rəqib texniki heyətin digər komandaları gizlicə izlədiyi fotoşəkillərlə sübut olundu və klub turnirdən qovuldu. Biz finalda rəqibimizin dəyişdirilməsi qərarı ilə eyni fikirdə deyilik. Hüquqşünaslarımız hazırda iddia qaldırmağa hazırlaşırlar. Çünki qayda pozuntusuna görə finalçının diskvalifikasiya olunması bizim birbaşa Premyer Liqaya çıxmağımızı hüquqi cəhətdən təmin edə bilər”.
Ilıcalı həmçinin əlavə edib ki, qarşı tərəfin apellyasiya şikayəti vermək hüququ var və yaxın günlərdə yekun qərardan asılı olaraq final matçının təxirə salınması da gündəmdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 20 May 2026 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















