Icma.az
close
up
RU
ACWA Power şirkəti COP29un enerji və su məsələləri üzrə rəsmi tərəfdaşı oldu

ACWA Power şirkəti COP29un enerji və su məsələləri üzrə rəsmi tərəfdaşı oldu

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünyanın ən böyük duzsuzlaşdırılmış su təchizatçısı, yaşıl hidrogen sənayesində novatorçu və qlobal enerji keçidi üzrə lider olan "ACWA Power" şirkəti COP29 tədbirinin enerji və su məsələləri üzrə rəsmi tərəfdaşı olub.

COP29 tədbiri zamanı "ACWA Power" şirkəti davamlı enerji və su həllərinə dair ciddi ehtiyac barədə məlumatlılığı artırmaq məqsədilə öz platformasından istifadə edəcək. Şirkətin məqsədi qlobal enerji sənayesində çalışan həmkarları, eləcə də potensial tərəfdaşlar və iqlim müdafiəçiləri ilə əməkdaşlıq əlaqələri qurmaq və enerji keçidində irəliləyiş əldə etmək üçün bu unikal platformadan yararlanmaqdır. Dialoq və ideya mübadiləsi vasitəsilə "ACWA Power" COP29-un rəsmi tərəfdaşları ilə birlikdə enerji keçidində irəliləyiş əldə etməyi və öz davamlılıq təşəbbüslərini nümayiş etdirmək fürsətindən istifadə etməyi planlaşdırır.

COP29-un tərəfdaşı olduğunu elan edən "ACWA Power" şirkətinin baş icraçı direktoru Marko Arçelli bildirib ki, COP29 enerji keçidinə doğru addım atan hər kəsə bərpaolunan enerji və su təhlükəsizliyi həllərini genişləndirmək üçün zəruri olan mütərəqqi siyasətləri müdafiə etmək imkanı verir:

"COP29-a qatılmaqla "ACWA Power" qlobal tərəfdaşlıqlarını gücləndirir, yalnız bərpaolunan enerji sahəsində deyil, həm də hər kəs üçün davamlı və ədalətli bir gələcək yaratmaqda lider olaraq mövqe qazanır".

"ACWA Power" şirkəti qarşısına 2050-ci ilə qədər xalis sıfır emissiyaya nail olmaq kimi iddialı məqsədlər qoyub. Şirkət həmçinin növbəti beş il ərzində enerji tutumunun 85%-ni bərpaolunan mənbələri əlavə etməyi planlaşdırır. "NEOM Yaşıl Hidrogen Layihəsi" kimi aparıcı layihələr "ACWA Power"in iqlim dəyişmələri ilə mübarizə aparan şirkət olduğunu göstərməklə yanaşı, həmçinin qlobal miqyasda iqtisadi artım imkanları yaradan innovativ həllər təklif edən şirkət olduğunun göstəricisidir",- deyə Marko Arçelli əlavə edib .

Qeyd edək ki, 2004-cü ildə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində yaradılan "ACWA Power" şirkətinin hal-hazırda 4000-dən çox işçisi vardır. Şirkət Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiyanın 13 ölkəsində fəaliyyət göstərir. Şirkətin portfoliosu 94.3 milyard ABŞ dolları dəyərində fəaliyyət göstərməkdə, hazırlanma mərhələsində və ya tikilməkdə olan 90 layihədən ibarətdir. Şirkət icra etdiyi layihələr vasitəsilə 65 GW enerji istehsal edə bilir və gündə 8 milyon kubmetr duzsuz su hasil edə bilir.

"ACWA Power" şirkəti haqqında

2004-cü ildə Səudiyyə Ərəbistanında dövlət qeydiyyatına alınmış "ACWA Power" (TADAWUL:2082) şirkəti duzsuzlaşdırılmış su təchizatçısı üzrə dünyanın ön böyük özəl şirkətidir, yaşıl hidrogen sənayesində novatorçu və qlobal enerji keçidi üzrə liderdir. 4000-dən çox işçisi olan şirkət hazırda Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiyanın 13 ölkəsində fəaliyyət göstərir. Şirkətin portfeli 94.3 milyard ABŞ dolları dəyərində fəaliyyət göstərməkdə, hazırlanma mərhələsində və ya tikilməkdə olan 90 layihədən ibarətdir. Şirkət icra etdiyi layihələr vasitəsilə 65 GW enerji istehsal edə bilir və gündə 8 milyon kubmetr duzsuz su hasil edə bilir. Bu enerji və su, dövlət müəssisələri və sənayelərin ehtiyaclarını qarşılamaq üçün uzunmüddətli alıcı müqavilələri çərçivəsində, utilit xidmətlərinin xaricdən təmin edilməsi və dövlət-özəl tərəfdaşlıq modelləri altında kütləvi şəkildə təmin edilir.

Daha çox məlumat üçün keçidə daxil ola bilərsiniz: www.acwapower.com

Media əlaqələri:

Yahya Hamidaddin, İcraçı Direktor - Media İşləri və Xarici Əlaqələr [email protected]

Mohammed Al Hasan, Media Rəhbəri - Media İşləri və Xarici Əlaqələr - [email protected]

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Noyabr 2024 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri