Icma.az
close
up
RU
Ad, soyad dəyişməklə banka borcu ləğv etmək olar? HÜQUQŞÜNAS DANIŞDI

Ad, soyad dəyişməklə banka borcu ləğv etmək olar? HÜQUQŞÜNAS DANIŞDI

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Şəxsin adı, soyadı, ata adı və identifikasiya məlumatlarının dəyişməsi onun öhdəliklərini, vəzifələrini və hüquqlarını heç bir halda məhdudlaşdırmır". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Şamil Paşayev deyib.

Onun sözlərinə görə, bu halda şəxs ad, soyad, ata adını dəyişsə belə, köhnə kimliyindən qalan vəzifələri, öhdəlikləri və səlahiyyətləri yerinə yetirməlidir: "Bu, heç bir halda banka olan borcun ləğv edilə bilməsi anlamına gəlmir. Ümumiyyətlə, ad, soyad dəyişməsini vətəndaşlar Ədliyyə nazirliyinin qeydiyyat idarələrində və yaxud da mübahisə olarsa və qanunverici tələbinə uyğun olaraq məhkəmə qaydasında həyata keçirə bilərlər. Yəni insanın adından, soyadından imtina etməsi haqqıdır. Bir də nəzərə almaq lazımdır ki, atadan, anadan və övladdan imtina etmək olmur. Ad, soyad dəyişsə də, ata adı dəyişsə də faktı inkar etmək mümkün olmur. Həmin şəxs ilə olan qohumluq bağını insan həmişə özündə daşıyır.

Bilməyimizdə fayda var ki, ad, soyadın dəyişməsi şəxsin hüquq və öhdəliklərini aradan qaldırmır. Əgər şəxsin banka borcu varsa və həmin banka olan borcunu ad, soyad dəyişdiyinə görə xitam verilə bilməz. Eyni zamanda, ad, soyad dəyişməyə görə şəxsin hüquqları da xətm olmur. Əgər şəxsin diplomu varsa, ali təhsil haqqında yeni ad, soyad uyğunlaşdıra bilir. Evi varsa, yeni ad, soyad ilə özünə çıxarış ala bilir. Yəni, ad, soyadın dəyişilməsi nə hüquqları məhdudlaşdırır, nə də vəzifələrə və öhdəliklərə xitam vermiş olur. Ad, soyadı bu məqsəd ilə dəyişmək istəyən insanlar mütləq nəzərə almalıdır. Əvvəllər Rusiya Federasiyasından və yaxud da digər ölkələrdən deportasiya olan şəxslər Azərbaycana gəlib ad, soyad dəyişib yenidən həmin ölkəyə səfər edə bilirdilər. Amma hazırda texnologiyanın inkişaf etməsi ilə vətəndaşları xarici ölkəkərdən deport edəndə əl, barmaq izlərini də götürürlər və əl, barmaq izləri ilə hər bir şəxsə bildirirlər. Yəni, eyniləşdirməni təmin etmək olur, çünki hər şəxsdə unikaldır, əl, barmaq izi və ad, soyad dəyişməyə də hər hansı bir xeyiri olmur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:285
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Aprel 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri