Icma.az
close
up
RU
ADA tələbələri Uşaqlar Gününü Lənkəranda şəhid övladları və uşaq evinin sakinləri ilə qeyd ediblər

ADA tələbələri Uşaqlar Gününü Lənkəranda şəhid övladları və uşaq evinin sakinləri ilə qeyd ediblər

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şuşa, 1 iyun, AZƏRTAC

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ADA Universitetinin Fondu (ADAF) tərəfindən Lənkəran şəhərində maarifləndirici tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, şəhərin Heydər Əliyev Mərkəzində təşkil olunan tədbir çərçivəsində ADA Universitetinin tələbələri, şəhid övladları və Lənkəran uşaq evinin sakinləri bir araya gəliblər.

Bu təşəbbüs, həmçinin ADA tələbələrinin yalnız akademik sahədə deyil, cəmiyyət qarşısında da məsuliyyət daşıyan gənclər kimi formalaşdıqlarını və onlara aşılanan sosial həssaslıq dəyərlərini özündə əks etdirib.

Tədbir şəhid ailələrinin övladları və müxtəlif sosial qruplardan olan uşaqlarla gənclər arasında ünsiyyəti dərinləşdirmək, uşaqların məntiqi düşüncə tərzini inkişaf etdirmək, onlara faydalı bilik və bacarıqlar ötürmək məqsədi daşıyıb. Bu məqsəddən irəli gələrək ADA tələbələri uşaqlar üçün müxtəlif yarış və oyunlar təşkil ediblər. Həmin oyunlar yalnız əyləncə deyil, eyni zamanda, yaradıcılıq bacarıqlarının nümayişi və komanda ruhunu təşviq etmək xarakteri daşıyıb.

Tədbirin sonunda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub və səmimi, mehriban mühitdə birgə nahar təşkil edilib.

ADAF-ın Sponsorluq layihələri şöbəsinin rəhbəri Firuzə İsmayıl Əliyeva bildirib ki, Lənkəranda keçirilən bu tədbirin əsas məqsədlərindən biri də gəncləri sosial baxımdan faydalı işlər görməyə və cəmiyyət üzvlərinə daha da həssaslıqla yanaşmağa təşviq etmək, onların daha anlayışlı və fəal vətəndaş kimi yetişməsinə fayda verməkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyun 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri