ADA Universitetində Fransa müstəmləkələrindən olan jurnalistlər üçün manipulyasiyalarla mübarizə ilə bağlı təlimlərə başlanılıb FOTOLAR
Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ADA Universitetində Fransanın müstəmləkəsi olan ərazilərin media nümayəndələri üçün təlimlərə başlanılıb.
Bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) sosial şəbəkə hesablarında məlumat paylaşılıb.
Bildirilib ki, media üzrə təlim proqramı aldadıcı media orqanları tərəfindən aparılan təbliğat, dezinformasiya və psixoloji manipulyasiya üsullarının aradan qaldırılmasına yönəlmiş hərtərəfli kommunikasiya strategiyalarını əhatə edir.
“Bu təşəbbüs həmçinin iştirakçılara yanlış naraativləri müəyyən etmək və onlara qarşı mübarizə aparmaq, düzgün məlumatların yayılmasını təşviq etmək və dezinformasiya praktikasına əsaslanan manipulyasiya taktikasına effektiv etiraz etmək üçün praktiki metodologiyalar təqdim etməklə media dayanıqlılığını artırmağa yönəlib”, - məlumatda vurğulanıb.
Təlim çərçivəsində jurnalistlər medianın problemləri ilə bağlı fikir mübadiləsi aparıblar və müvafiq sualları cavablandırıblar.

Baxış sayı:104
Bu xəbər 25 Fevral 2025 19:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















