Icma.az
close
up
RU
MEDİA jurnalistlər üçün yeni təlimlərə başladı FOTOLAR

MEDİA jurnalistlər üçün yeni təlimlərə başladı FOTOLAR

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Storytelling”: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” mövzusunda təlimlərə başlanılıb.

Globalinfo.az xəbər verir ki, təlimçi qismində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini, əməkdar jurnalist, yazıçı Natiq Məmmədli bildirib ki, “storytelling” çağdaş jurnalistikada insanların düşüncələrinə təsir göstərən, ideyanın müasir formada ifadəsini təmin edən yeni metodlardan biridir və bu yanaşma jurnalistin yaradıcı şəxsiyyət kimi fərdi üslubunu formalaşdırmaqla müasir publisistikanın önəmli elementi sayılır. O, ənənəvi yazı tərzi ilə yeni məzmunun ifadə olunmasının, publisistik üslubun hipermətnə çevrilməsinin və köşə yazarlığının cəlbediciliyinin artırılmasının jurnalistikanın çağırışlarından olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, “storytelling”in beynəlxalq standartlarını və müasir narratologiya nəzəriyyələrini mənimsəmək fikrin anlaşılan olması və ictimai təsir gücünün effektivliyi baxımından böyük əhəmiyyət daşıyır.

3-4 dekabr tarixlərini əhatə edən təlimlər iki fərqli qrup üçün dörd sessiyadan: “Publisistik üslubun xüsusiyyətləri: Bədii publisistikanın janrları”, “Storytelling”: mediada istifadə formaları, ənənəvi və yeni yazı üsulları”, “Narrativ nəzəriyyəsi: prinsipləri və istiqamətləri (mühazirə və simulyasiya)”, “Vörkşop: nəzəri biliklərin möhkəmləndirilməsi”ndən ibarətdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:303
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Dekabr 2024 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see322

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see321

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see314

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see304

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see300

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see296

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see295

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see267

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see266

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see258

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see255

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see253

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see247

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see244

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see242

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see241

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see205

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see201

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri