Icma.az
close
up
RU
ADA Universitetinin Qazax Mərkəzi ilə “Keşikçidağ” Qoruğu arasında elmi və mədəni əməkdaşlıq əlaqələri güclənir

ADA Universitetinin Qazax Mərkəzi ilə “Keşikçidağ” Qoruğu arasında elmi və mədəni əməkdaşlıq əlaqələri güclənir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qazax, 29 may, Ruslan Novruzoğlu, AZƏRTAC

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən ADA Universitetinin Qazax Mərkəzində sərgi və elmi sessiya təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgidə qoruq ərazisində həyata keçirilən elmi tədqiqat və arxeoloji qazıntılar nəticəsində üzə çıxarılmış zəngin maddi-mədəniyyət nümunələri, qoruğa məxsus çap məhsulları nümayiş olunub. Tədbir iştirakçılarına regionun çoxəsrlik tarixindən, etnoqrafik xüsusiyyətlərindən və arxeoloji potensialından bəhs edən dəyərli məlumatlar verilib.

Sərginin keçirilməsində məqsəd ADA Universitetinin Qazax Mərkəzi ilə "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu arasında elmi və mədəni əməkdaşlıq əlaqələrini gücləndirmək, gənc tədqiqatçıların bu sahəyə marağını artırmaq və bölgənin unikal tarixi irsinin daha geniş ictimaiyyətə çatdırılmasına töhfə verməkdir.

Sərgi başa çatdıqdan sonra Qoruğun təşəbbüsü ilə ADA Universitetinin Qazax Mərkəzinin müəllim və magistrantlarının iştirakı ilə elmi sessiya təşkil edilib.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov tərəfindən “Qazax və Ağstafa rayonlarında yerləşən Tunc dövrü abidələri” mövzusunda məruzə təqdim olunub. Məruzədə Qarasoy və Karvan dərəsi kurqanlarında aşkar edilmiş, qədim türk tayfalarından olan skiflərə məxsus olduğu ehtimal edilən artefaktlar və onların regionun tarixində tutduğu yer barədə ətraflı məlumat verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri