Icma.az
close
up
RU
“Adam tərbiyəsiz olmaz! Onu ən ağır şəkildə və publik biabır edəcəm!” “Park”ın baş redaktorundan tənqidlərə cavab

“Adam tərbiyəsiz olmaz! Onu ən ağır şəkildə və publik biabır edəcəm!” “Park”ın baş redaktorundan tənqidlərə cavab

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Park” Nəşriyyatında çapdan çıxan “Müstəqillik dövrünün ən yaxşı hekayələri” və “Müstəqillik dövrü Azərbaycan poeziyasının ən yaxşı şeirləri” kitabları ədəbi mühitin bəzi nümayəndələri və sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmadı. Kimisi siyahının tərtibatından, kimisi isə kitabların adındakı “ən yaxşı” sözlərinə görə tənqidi fikirlər səsləndirib.
Bununla bağlı Kulis-ə danışan nəşriyyatın baş redaktoru, yazıçı Nadir Yalçın “Park”da çıxan “Müstəqillik dövrünün ən yaxşı hekayələri” və “Müstəqillik dövrü Azərbaycan poeziyasının ən yaxşı şeirləri” kitablarına daxil edilən müəlliflər və nümunələr tək bir nəfərin, üç nəfərin rəyi ilə formalaşmadığını bildirib.
O, müəlliflərin seçilmə prinsipindən bəhs edib:

“Birincisi, müəlliflərin bu günə qədər ədəbi mühitdə tutduğu yer, əsərlərinin müxtəlif çalarlar yaratmaq, ümumi ədəbi mənzərəyə təsir etmək, özündən sonra yazılanlara istiqamət vermək kimi bədii, estetik və ideya gücü, həmçinin onların haqqında kritiklərin, tənqidçilərin, ədəbiyyatşünasların bu və ya digər şəkildə rəyləri nəzərə alınıb. Bundan yola çıxıb deyə bilərik ki, o müəlliflər və nümunələr hamıdan əvvəl ədəbi kriteriyaların seçimidir.
İkinci məsələ, bəzilərinin dırnaqarası yanaşdığı “konfidensial” sözü ilə bağlıdır. Həqiqətən, nəşriyyatın təsisçisi Şəhriyar del Gerani, direktoru Vüqar Van və baş redaktor kimi mənim rəyimdən daha çox redaksiya heyətinin fikirləri nəzərə alınıb. Hazırda o qədər özünə hər şeyi yaraşdıran, abır-həya libasını çoxdan soyunan bəzi dırnaqarası cızma-qaraçıların əlindən həmin şəxslərin kimliyini açıqlamaq olmur. Sonra utanmadan gedib həmin adamların yaxasından yapışacaqlar. Kiminsə yaxasını ələ vermək haqdan deyil”.
Nadir Yalçın “ən yaxşı” sözləri ilə bağlı nəşriyyata ünvanlanan tənqidlərə də cavab verib:

“Üçüncü məsələ, çoxuna qəribə gələn “ən” ədatıdır. Əvvəlcə onu deyim ki, dünyanın müxtəlif nəşriyyatları, dərgiləri, məcmuələri, ədəbi birlikləri, agentlikləri “best of poems”, “best of stories” adı altında müxtəlif siyahılarla, hökmlərlə çıxış edirlər. Bu, indinin söhbəti deyil, uzun illərin ənənəsidir. Heç bir siyahı tam obyektiv olmadığı kimi, bu siyahıları da subyektivliyə görə ittiham etmək düzgün deyil. Hər “ən yaxşı” antologiya redaktor seçimlərinə bağlıdır və standartlar, zövq, ədəbi cərəyanlar və kontekst bu məsələdə böyük rol oynayır. Eyni dönəmdə müxtəlif nəşriyyatlar başqa “ən yaxşılar” seçə bilər, çünki seçim istiqamətləri (tematik, yerli dillər, janr üstünlükləri) fərqlidir. “Ən yaxşı” demək sabitqədəm həqiqət demək deyil, illər keçdikcə məzmun qiymətləndirilməsi dəyişir.
“Park”dan tələb edilir ki, niyə kitabın adında, annotasiyada bu seçimin “nəşriyyatın fikrincə” olduğu qeyd olunmayıb. Əgər bir kitabın üzərinə “ən yaxşı sözü yazılıbsa” və eyni zamanda nəşriyyatın loqosu varsa, deməli, bütün seçimlər o loqoya mənsub nəşriyyatın qəanətidir, “məncə”, “fikrimcə” sözlərinə nə ehtiyac var?
Azərbaycan dilini pis bilmirik. Orda yazılmayıb ki, “Müstəqillik dövrünün “yalnız” ən yaxşı hekayələri”, yazılıb ki, “Müstəqillik dövrünün ən yaxşı hekayələri”. Ən yaxşıların yalnız bu kitabda olduğu iddiası ilə çıxış etməmişik, bu kitabda olmayan ən yaxşılarla da razılaşırıq. Kimin ədəbi təəssübkeşliyinə, ədəbi vicdanına toxunursa, getsin, başqa bir siyahı tərtib etsin. Tutaq ki, 50 ən yaxşı hekayənin olduğunu düşünürsə, 33-nü biz bir yerə yığdığımız halda, 17-ni də o toplasın.
“Park” ensiklopediya, çoxcildlik çıxarmayıb, almanax çıxarıb!
Ümumiyyətlə, kiməsə “siyahıda mən niyə yoxam?” sualını ünvanlamaq cılızlıq əlamətidir”.
Müsahibimiz son günlər sosial şəbəkədə yayılan “kruq ədəbiyyatı” ifadəsinə də münasibət bildirib: “Digər “tən oxlarından” biri dəstəbazlıq söhbəti ətrafında gedir. Əvvəlcə, onu deyim ki, nəşriyyatın idarə heyətindən kiminsə ədəbi təxəllüsü ilə “məzələnən” görsəm, onu ən ağır şəkildə və publik biabır edəcəyəm. Adam tərbiyəsiz olmaz. Dinmədikcə ləyaqət çatışmazlığı yaranır bəzilərində. Sözün var, söz danış, yoxsa təxəllüsün hərflərini dəyişib zəvzəmək nə demək? Bu heç...
“Kruq” eyhamı ilə ürək bulandıranlar isə siyahı ilə tanış olub əllərini vicdanlarının üzərinə qoysunlar. Siyahıda müəlliflərin bir çoxu ilə nadir hallarda üzbəüz gəlirik. Bəziləri cavan yaşda dünyasını dəyişib. Eləsi var şəxsi münasibətlərdə bir o qədər istilik yoxdur. Həmin siyahıdakıların böyük əksəriyyəti Şəhriyar, Vüqar, mən və redaksiya heyətinin yaradıcılığı haqqında bir cümlə belə pis və ya yaxşı bir şey deməyiblər. İndi baxın, sizsiniz ədəbi vicdansız, ya biz?
“Kruq” məsələsi ilə bağlı təfərrüata varmaq yersizdir. Bir adam ki, ürəyini qara fikirlərlə doldurub, ona nə desən də, xeyiri olmayacaq”.
Nadir Yalçın qadın yazarların almanaxlarda sayca az olmasına belə aydınlıq gətirib: “Digər məsələ qadın imzalarla bağlıdır. Onların bəzilərinin “Kulis”dəki müzakirəsini oxudum. Xeyli adekvat cavablar var.
Şəxsən mən bəzi qadın yazarların həm şeir, həm nəsr almanaxına əlavə edilməsini təklif etmişdim. Lakin müzakirələr bu siyahının üzərində dayandı. Kifayət qədər qiymətli qadın müəlliflərimiz var. Onlar da “ən yaxşı”lar siyahılarına şəksiz layiqdirlər. Lakin bəzən elə adamların narazılıqlarını eşidirəm ki, yazıçı və şair kimi dördüncü dəfə 11-lik və 33-lük tərtib edilsə belə, o siyahıda olmayacaq. Bundan əvvəlki cümləni dörd-beş dəfə oxuyub əzbərləyin. Bu, belə.
Bəziləri kitaba daxil olan müəlliflərə yazıb ki, almanaxa düşmək üçün nə qədər pul vermisən? Bax, belə iyrənc, anti-insani yanaşmaları görəndə təəccüblənməmək lazımdır. Çünki indiyə qədər bir çox işbazlar, pulgir “maşenniklər” ciblərini doldurub belə almanaxlar çıxarıblar. Camaatda da belə fikir formalaşıb. Amma məsələnin üzün-astarın bilmədən şər atmaq qələt işdir, növbəti tərbiyəsizlikdir”.
Nəşriyyatın baş redaktoru şeir almanaxında “niyə əruz vəznində şeir yoxdur?” sualına bu cür cavab verib: “Klassik şeir forması kimi əruz əvəzedilməzdir və abidədir. Ən gözəl şeirləri əruz vəznində oxumuşuq. İndiki dövrdə İlqar Fəhmi, Arif Buzovnalı, Kamal Hüseynzadə və digər əruzda yazan şairlər var, sevilirlər. Amma adın çəkdiyim şəxslər də bilir ki, məcmuələr, nəşriyyatlar belə toplular yaradanda bir estetik yol, konsepsiya seçir və o xətlə irəliləyir. Kağız üzərində səmanı təsvir edərkən mavi rəngin üzərinə qırmızı boya çəksən, necə görünər? Anormal. Ona görə də nəşriyyat adından bildirirəm ki, əruz nümunələrinin kitabda olmaması əruz şeirinə və onun yaşayan nümayəndələrinə diqqətsizlik yox, konsepsiyadan kənara çıxmamaq cəhdidir. Gələcəkdə qəzəllərdən ibarət bir kitabın çapı nəşriyyatın plan siyahısında var”.
Nadir Yalçın qələm adamlarına müraciət edib: “Üzümü tuturam qələm adamlarına. Yoldaşlar, Allah qoymasa, yerlə, göylə əlləşən adamlarsınız. Qələminizin bərəkətini kinlə, qaramatla qaçırmayın. Üç nəfər sizdən biri birləşib nəşriyyat yaradıb, iş görür, nəsə eləməyə çalışır, maddi və mənəvi əngəllərlə vuruşur. Kiminsə kölgəsini baltalamaq, ətəyindən dartmaq heç bir kitabda yazılmayıb”.

Müharibədə işgəncə görən Xalq artisti - O, niyə teatrın binasında yaşayırdı? "Dedilər ki, qızıllar 1 həftə sonra veriləcək" - Elza Seyidcahan məhkəmədə ifadə verdi Kamal Abdulla: "Nə olmalıdır ki, Azərbaycan ədəbiyyatının dünya miqyasına çıxdığını deyək..." - Müsahibə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://kulis.az
archiveBu xəbər 09 Oktyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see295

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see234

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see195

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see189

Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

23 Noyabr 2025 13:07see178

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see149

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see147

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see144

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see141

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see134

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see132

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see131

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see129

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see128

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see127

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see126

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see126

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see126

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see126

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri