Icma.az
close
up
RU
“Adamlar bunu başa düşmür və mənə çox pis təsir edir” Çingiz Abdullayev danışdı

“Adamlar bunu başa düşmür və mənə çox pis təsir edir” Çingiz Abdullayev danışdı

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Yazdım ki, mənimsənilmiş pulların bir faizini Azərbaycan mədəniyyətinə ayırsınlar. Şərhlərdə insanlar bildirdi ki, nəyinki bir, hətta yarım faiz də kifayət edir”.

Moderatora.z xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev Azərbaycan ədəbiyyatı və dilinin təbliği ilə bağlı sosial media hesabında etdiyi paylaşıma aydınlıq gətirərkən deyib. Yazıçı bu statusu konkret olaraq kiməsə ünvanlamadığını bildirib: ”Mən ümumən oğurlanan pulları nəzərdə tutmuşam. Dil ədəbiyyatla inkişaf edir. İki ildir ki, biz bu məsələni qaldırırıq, ancaq hər kəs biganə yanaşır. Təəssüflər olsun ki, bəzi adamlar bunu başa düşmürlər. Ona görə belə bir status yazdım, çünki bu hadisə mənə çox pis təsir etdi. Hər şeydən öncə azərbaycanlıyam. Məndən çox heç kim Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi üçün yazmayıb. Ancaq görünür bu da azdır”.

Qeyd edək ki, Çingiz Abdullayevin facebook hesabında "Azərbaycan ədəbiyyatı və dilini təbliğ etmək üçün artıq iki ildir ki, sanki alçalaraq pul istəyirik. Bəlkə mənimsənilmiş pulların bir faizini mədəniyyətin təbliğatı üçün xərcləməyə qərar vermək lazımdır?” paylaşımı geniş müzakirələrə yol açıb.

Yazıçının "mənimsənilmiş pullar" ifadəsi ilə konkret olaraq Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin evində aşkar edildiyi bildirilən külli miqdarda vəsaiti nəzərdə tutduğu iddia edilib. Yazıçı isə bunları təkzib edərək: "Bu, yalandır. Mən heç vaxt dəstə halında hücum etmirəm. Mən mədəniyyət üçün faiz haqqında yazdım. Oğurlanan bütün pullardan. Mən heç vaxt işindən qovulanlara hücum etmirəm",-deyə qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Fevral 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri