Uraloğlu: Ermənistanla sərhəd keçid məntəqələrinin açılması üçün hazırlıqlar görülüb
Icma.az, Sherg.az saytına istinadən bildirir.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ermənistanla dəmir yolu və avtomobil sərhəd-keçid məntəqələrinin açılması istiqamətində hazırlıqların başa çatdığını bildirib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında Ermənistanın müvafiq naziri ilə bu məsələni müzakirə etdiyini deyib.
O bildirib ki, həm dəmir yolu sərhəd-keçid məntəqəsinin, həm də Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün lazımi hazırlıqlar görülüb.
Uraloğlu qeyd edib ki, qarşılıqlı razılıq əldə olunacağı təqdirdə, Azərbaycanın həssaslıqları da nəzərə alınmaqla, prosesin uzun çəkməyəcəyini düşünür.
Nazir sərhəd-keçid məntəqələrinin qısa zamanda açılacağına ümid etdiyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 10 Noyabr 2026 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















