Icma.az
close
up
RU
Adamlara pensiya vermək dövrü bitir?!

Adamlara pensiya vermək dövrü bitir?!

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

İqtisadçı deyir ki, Maskın bu çağırışı çox təhlükəlidir, çünki.... 

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask insanların pul yığmaqdan çəkinməsini tövsiyə edib. Onun fikrincə, 10-20 il ərzində yığım anlayışı aktuallığını itirəcək.

Britaniyanın “Metro” qəzetinin yazdığına görə, milyarder bu fikirləri Moonshots with Peter Diamandis podkastında səsləndirib. "Bir çox nəsillər boyunca pensiya üçün mümkün qədər çox pul yığmaq yetkin insanın əsas və zəruri vəzifəsi hesab olunub. Lakin Maskın sözlərinə görə, bu yanaşma artıq sona yaxınlaşa bilər. O hesab edir ki, pensiya vəsaitləri vasitəsilə qocalıq üçün pul yığmaq anlayışı yaxın gələcəkdə tamamilə köhnələ bilər - nə islah olunacaq, nə də düzəliş ediləcək, sadəcə olaraq, ehtiyac qalmayacaq. Maskın arqumenti texnologiyaların qlobal iqtisadi sistemi demək olar ki, tam şəkildə yenidən formalaşdırmaq üzrə olması ilə bağlı kifayət qədər radikal inanca əsaslanır", - deyə nəşr qeyd edir. Bundan əvvəl ABŞ-nin "Forbes" jurnalı məlumat vermişdi ki, İlon Mask tarixdə sərvəti 700 milyard dolları keçən ilk insan olub.

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “İlon Mask heç vaxt heç bir fikri təsadüfən demir. Onun istənilən açıqlamasının arxasında öz biznes maraqları dayanır. Bu, zaman-zaman özünü təsdiq etmiş bir reallıqdır. Lakin bu kontekstdə İlon Mask demək istəyir ki, süni intellekt elə bir səviyyəyə çatacaq ki, insanların xərcləri aşağı düşəcək, rifah səviyyəsi yüksələcək, hər şey əlçatan olacaq və pul yığmağa ehtiyac qalmayacaq.

Yəni onun bu kontekstdə verdiyi açıqlamalar sanki Karl Marksın və Fridrix Engelsin sosializmlə bağlı nəzəriyyələrini bir qədər fərqli müstəvidə şərh edir. Mahiyyət etibarilə insanlara pul lazım olmayacaq, heç nə yığmaq gərək olmayacaq, hər şey mövcud olacaq və sairə".

İqtisadçı qeyd edib ki, əslində Maskın bu çağırışı çox təhlükəlidir: “Mən bu çağırışı birmənalı şəkildə belə şərh edirəm ki, bu, analiz çərçivəsində verilən mesajdır və onun öz maraqları var. Burada əsas hədəf tamamilə başqadır. Yəni bu proses narrativin idarə olunmasıdır və proqnoz kimi qəbul edilməməlidir. Bu, proqnoz adı altında gələcəyin idarə edilməsinə yönəlik bir davranış modelidir. Başqa sözlə desək, gələcəklə bağlı müsbət gözləntilər yaratmaqla prosesləri öz istədiyi formada yönləndirir, risk ehtimalını aşağı salır və öz maraqlarına uyğun bir çərçivə formalaşdırır.

Təbii ki, onun hər bir açıqlaması mediada ən yüksək platformalarda geniş şəkildə təhlil olunur və əksər media bu informasiyanı reallıq kimi təqdim edir. Yəni mahiyyət etibarilə İlon Maskın “20 ilə pulun aktuallığını itirəcəyi” fikrini səsləndirməsi, əksinə, gələcəklə bağlı riskli bir proqnozdur. Çünki texnologiya nə qədər inkişaf etsə də, qlobal gəlir bölgüsü hər zaman cəmiyyətlər üçün aktual olacaq və siyasi qərarların verilməsində bu bölgünün böyük rolu qalacaq. Ona görə də insanların yığım vərdişindən imtina etməsi heç də doğru deyil. Əslində yığım vərdişinin təkmilləşdirilməsinə ehtiyac vardır. Hansı ki, bunu Mask çox gözəl bacarır.

Yeri gəlmişkən, İlon Mask haqqında sosial şəbəkələrdə və bəzi mənbələrdə onun “Allah olmaq istədiyi” və ya “özünü Allahdan üstün görmək istədiyi” kimi iddialar da var. Bu fikirlər əsasən Maskın texnologiya sahəsində iddialı layihələr həyata keçirməsi ilə bağlıdır. Kosmosun koloniyalaşdırılması, süni intellekt, insan beyni ilə kompüterin birləşdirilməsi kimi mövzular bəzi insanlarda qorxu və narahatlıq yaradır və bu da dini və fəlsəfi baxımdan sərt şərhlərə səbəb olur. Bu cür iddiaları əsasən İlon Maskın tənqidçiləri, bəzi siyasi fiqurlar, diniyönümlü müzakirə qrupları və sosial media istifadəçiləri səsləndiriblər. Onların çoxu Maskın fəaliyyətini “playing God” (Allah rolunu oynamaq) kimi metaforik ifadələrlə tənqid edir. Burada məqsəd onun sözün əsl mənasında Allah olduğunu iddia etməsi deyil, texnologiyanın həddindən artıq irəli aparılmasının təhlükəli ola biləcəyini vurğulamaqdır.

Sosial şəbəkələrdə yayılan “mem”lər və kontekstdən çıxarılmış sitatlar da bu iddiaların geniş yayılmasına səbəb olub. Zarafat və istehza ilə yazılmış paylaşımlar bəzən ciddi fikir kimi təqdim olunur. Konspiroloji saytlarda isə bu mövzu daha da şişirdilərək Maskın “rəqəmsal tanrı yaratmaq” istədiyi kimi iddialara çevrilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Yanvar 2026 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri