Süni intellekt həkimləri üstələdi
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Microsoft” şirkətinin hazırladığı süni intellekt əsaslı tibbi diaqnostika sistemi sınaqlarda həkimlərdən 2,3 dəfə daha dəqiq nəticələr göstərib. Tədqiqat real xəstələr üzərində deyil, əvvəlki tibbi hallar əsasında aparılıb.
“Qafqazinfo” xəbər verir ki, şirkətin məlumatına görə, “MAI-DxO” adlı sistemin imkanları “The New England Journal of Medicine” jurnalında dərc olunmuş 304 mürəkkəb tibbi hal üzərində yoxlanılıb.
Nəticələr göstərib ki, süni intellekt açıq mənbələrdən, o cümlədən, kitablardan və internetdən istifadə edən həkimlərlə müqayisədə təxminən 2,3 dəfə daha yüksək diaqnostik dəqiqliyə nail olub. Xarici mənbələrə müraciət etmədən diaqnoz qoyan həkimlərlə müqayisədə isə sistemin nəticələri 3,7 dəfə daha uğurlu olub.
Tədqiqatın nəticələri “Science” jurnalında dərc edilib. Bununla belə, araşdırmanın simulyasiya şəraitində, əvvəlki tibbi məlumatlar əsasında aparılması nəticələrin real klinik şəraitdə eyni dərəcədə uğurlu olacağına zəmanət vermir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 24 Oktyabr 2026 04:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















