Icma.az
close
up
RU
ADAU da keçirilən 17 ci Karyera Sərgisinə 1000 dən çox vakant iş yeri çıxarılıb FOTOLAR

ADAU da keçirilən 17 ci Karyera Sərgisinə 1000 dən çox vakant iş yeri çıxarılıb FOTOLAR

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 17-ci Karyera Sərgisi keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, özəl sektor təmsilçiləri və universitet rəhbərliyi iştirak edib. Tədbir Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru Zəfər Qurbanov bu cür sərgilərin gənclərin real əmək bazarına inteqrasiyasında mühüm rol oynadığını vurğulayıb. Rektor qeyd edib ki, ADAU-nun əsas məqsədi təkcə nəzəri bilik verən təhsil müəssisəsi olmaq deyil, eyni zamanda tələbələri müasir dövrün tələblərinə cavab verən peşəkar kadrlar kimi formalaşdırmaqdır. Onun sözlərinə görə, karyera sərgiləri tələbələrin ixtisaslarına uyğun iş tapmaq imkanlarını artırmaqla yanaşı, əmək bazarı ilə universitet arasında körpü rolunu oynayır.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri elan edilib. Kənd təsərrüfatı təkcə ərzaq təhlükəsizliyinin təminatçısı deyil, həm də regionların sosial-iqtisadi inkişafının, məşğulluğun artırılmasının və innovativ texnologiyaların tətbiqinin mühüm platformasıdır.
Nazir Məcnun Məmmədov əlavə edib ki, ADAU elmi biliklərlə zəngin, beynəlxalq təcrübəyə malik, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması işinə misilsiz töhfələr verməkdədir. Son illərdə universitet tərəfindən həyata keçirilən islahatlar – maddi-texniki bazanın gücləndirilməsi, ikili diplom proqramları, beynəlxalq əməkdaşlıqlar, startap və innovasiya təşəbbüsləri, tələbələrin xarici təcrübə proqramlarında iştirakı təhsilimizin gələcəyinə böyük ümidlər bəsləməyə əsas verir. Karyera sərgiləri gənclərin iqtisadiyyatın real sektorları ilə tanış olması, işəgötürənlərlə birbaşa ünsiyyəti, gələcək karyera istiqamətləri ilə bağlı doğru qərarlar verməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Müasir dövrdə iqlim dəyişiklikləri, resursların səmərəli idarə olunması, aqrotexnoloji yeniliklər və rəqəmsallaşma kənd təsərrüfatı sahəsində yeni bacarıqlara və yanaşmalara olan ehtiyacı artırır. Bu baxımdan təhsil müəssisələri əmək bazarının tələblərinə cavab verən praktik yönümlü kadrlar yetişdirməlidirlər.
Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev, Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə və “Prime Cotton” MMC-nin icraçı direktoru Rövşən Mahmudov sərginin gənclərin peşə inkişafında, məşğulluğun təmin olunmasında və dövlət-özəl sektor əməkdaşlığının güclənməsində əhəmiyyətini vurğulayıblar. Onlar ADAU məzunlarının ölkənin aqrar gələcəyinin formalaşmasında mühüm rol oynayacaqlarına əmin olduqlarını ifadə ediblər.
Sərgi zamanı iştirakçılar 150-dən çox şirkət və müəssisənin stendləri ilə tanış olub, işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq və mövcud vakansiyalar, təcrübə proqramları barədə məlumat almaq imkanı əldə ediblər. 17-ci Karyera Sərgisi çərçivəsində məzunlara 1000-dən çox vakansiya təqdim olunub.
Tədbir çərçivəsində “Prime Cotton” MMC ilə əməkdaşlıq çərçivəsində ADAU-da yaradılan Karyera və Əməkdaşlıq Mərkəzinin rəsmi açılışı da baş tutub. Mərkəzin əsas məqsədi tələbələrin bilik və bacarıqlarının artırılması, onları real iş mühiti ilə tanış etmək, eləcə də şirkətin kadr ehtiyaclarının qısa, orta və uzunmüddətli perspektivdə təmin olunmasıdır. Mərkəz vasitəsilə pambıqçılıq sahəsinə maraq göstərən tələbələr üçün bir sıra fəaliyyətlər həyata keçiriləcək. Tələbələr “Gənc Aqronom” və “Gənc Mexanik” təcrübə proqramları barədə məlumat alacaq, I - IV kurs tələbələri arasından seçilən istedadlı gənclərlə “Prime Groups” komandaları yaradılacaq. Onların təlimlər, seminarlar, filial səfərləri və innovativ layihələrdə, o cümlədən “Agro Hackathon”da iştirak imkanları təmin olunacaq.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://unikal.az
archiveBu xəbər 04 İyun 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri