ADAUEU ikili diplom proqramı növbəti 5 il üçün akkreditasiya olunub AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Gəncə, 2 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti (EU) arasında həyata keçirilən ADAU-EU beynəlxalq ikili diplom proqramı növbəti əhəmiyyətli uğurunu qazanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yaydığı məlumata əsasən, proqramın növbəti 5 il üçün akkreditasiyadan keçməsi məqsədəuyğun hesab edilib. Bu qərar proqramın beynəlxalq standartlara uyğun təşkil olunduğunu və tələbələr üçün keyfiyyətli təhsil imkanları təqdim etdiyini təsdiqləyir.
Proqramın akkreditasiyası Azərbaycan Dövlət Aqrar Universitetinin beynəlxalq miqyasda mövqeyini gücləndirməklə yanaşı, tələbələrə həm yerli, həm də xarici əmək bazarlarında rəqabət üstünlüyü qazanmağa kömək edəcək. ADAU tələbələri bu proqram vasitəsilə iki diplom əldə edərək innovativ təhsil və praktiki biliklərə yiyələnmə şansı qazanacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 02 Dekabr 2024 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















