Icma.az
close
up
RU
ADB Azərbaycana rəqəmsal sektorun diaqnostikası üçün yardım göstərəcək

ADB Azərbaycana rəqəmsal sektorun diaqnostikası üçün yardım göstərəcək

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Asiya İnkişaf Bankı (ADB) Mərkəzi və Qərbi Asiya ölkələrində inklüziv və dayanıqlı artımın təmin edilməsinə yönəlmiş rəqəmsal transformasiya proqramının həyata keçirilməsi üçün 1 milyon ABŞ dolları dəyərində regional texniki yardımın ayrılmasını təsdiqləyib.

Bakıvaxtı.az ADB-yə istinadən xəbər verir ki, layihə regionun 7 dövlətini əhatə edir: Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Özbəkistan.

Vəsaitlər ADB-nin Xüsusi Texniki Yardım Fondundan (TASF) qrant formatında ayrılır. Proqramın 2026-cı ilin sentyabrından 2030-cu ilin sentyabrına qədər olan dövrdə həyata keçirilməsi nəzərdə tutulur. Layihənin icraçı strukturu Rəqəmsal Sektor Ofisinin timsalında ADB-dir.ABD bu layihəni bankın Mərkəzi və Qərbi Asiya Departamenti və ölkə nümayəndəlikləri ilə qarşılıqlı əlaqədə həyata keçirir.

Sənədə əsasən, qrant vəsaitlərinin iştirakçılar arasında bölüşdürülməsi belədir: Tacikistan - 300 min ABŞ dolları (ümumi maliyyələşmənin 30 %-i), Qazaxıstan - 200 min dollar (20 %), Azərbaycan - 150 min dollar (15 %), Ermənistan - 150 min dollar (15 %), Pakistan - 100 min dollar (10 %), Qırğızıstan - 50 min dollar (5 %), Özbəkistan - 50 min dollar (5 %).

Məlumata əsasən, texniki yardımla diaqnostik tədqiqatların aparılması, investisiya layihələrinin hazırlanması və institusional potensialın artırılması nəzərdə tutulur. Söhbət xüsusilə, Tacikistanda məktəblərin internetə qoşulmasının texniki-iqtisadi əsaslandırmasının işlənib hazırlanmasından, Qazaxıstanda süni intellekt infrastrukturu, "Data Lake" və kibertəhlükəsizlik sahəsində investisiya ehtiyaclarının qiymətləndirilməsindən, Özbəkistanda yarımkeçiricilər sənayesinin formalaşmasına dair layihənin hazırlanmasından, Qırğızıstanda süni intellektin dövlət idarəetmə sisteminə inteqrasiyası üzrə "Sanarip Ordo 2" proqramına ekspert dəstəyindən, həmçinin Azərbaycan, Ermənistan və Pakistanda rəqəmsal sahənin diaqnostikası və investisiya portfelinin formalaşdırılmasından gedir.

Bu proqram kənd və ucqar ərazilər daxil olmaqla, rəqəmsal sahədə boşluqların aradan qaldırılmasına, kibertəhlükəsizliyin gücləndirilməsinə, etibarlı məlumat mübadiləsi mexanizmlərinin inkişafına, həmçinin süni intellekt və məkan məlumatları daxil olmaqla, qabaqcıl texnologiyaların tətbiqinə yönəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Oktyabr 2026 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see416

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see302

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see293

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see287

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see286

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see284

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see283

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see278

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see276

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see269

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see256

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see254

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see249

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see248

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see248

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see247

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see246

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see246

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see245

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see244
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri