Donald Tramp İrandan sonra bu ölkə ilə məşğul olmaq niyyətindədir
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İrana qarşı fəaliyyətləri başa çatdırdıqdan sonra Kuba ilə "məşğul olmaq" niyyətindədir.
Tramp bu barədə Florida ştatında tərəfdarları qarşısında çıxış edərkən bildirib.
Tramp qeyd edib ki, onun administrasiyası ABŞ silahlı qüvvələrinə rekord məbləğdə – 1 trilyon dollar yönəldib.
"Dünyada ən yaxşı hərbi texnika bizdədir. Siz bunu Venesueladakı hadisələr zamanı gördünüz. İran sizə deyəcək ki, ən yaxşı hərbi texnika bizdədir. Bəs Kuba necə? Narahat olmayın. İrandan sonra Kuba ilə məşğul olacağıq, kiçik bir fasilə edəcəyik", - o deyib.
ABŞ Prezidenti həmçinin Kuba sahillərinə hərbi gəmilərin göndərilməsi ehtimalını da mümkün hesab edib.
"Onlar əllərini qaldıracaqlar, sonra isə biz işi sona çatdırmaq üçün [ABŞ Dövlət katibi] Marko Rubionu göndərəcəyik. Bizim heç dayanmağımıza belə ehtiyac yoxdur. Sadəcə onu oraya göndərmək olar və o özü hər şeyi həll edəcək", - Tramp bildirib.
///report///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 24 Oktyabr 2026 00:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















