“Borussiya” Bundesliqada ilk qələbəsini “Ştutqart” üzərində qazandı
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniya Bundesliqasının yeddinci turunda “Borussiya” Mönhenqladbax səfərdə “Ştutqart”ı 3:2 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, meydan sahibləri beşinci dəqiqədə Ermedin Demiroviçin qolu ilə hesabı açıblar. Lakin qonaqlar 38-ci dəqiqədə Co Skallinin qolu ilə bərabərliyi təmin ediblər.
İkinci hissədə Şuto Maçino (51) və Vael Mohya (66) fərqlənərək “Borussiya”nı iki top fərqi ilə önə çıxarıblar. Demiroviç 84-cü dəqiqədə dublunu rəsmiləşdirsə də, “Ştutqart” məğlubiyyətdən xilas ola bilməyib.
Beləliklə, ilk altı turda məğlub olan “Borussiya” mövsümdə ilk xallarını qazanıb. Qələbəyə baxmayaraq, komanda sonuncu pillədən qurtula bilməyib. “Ştutqart” isə altı xalla 14-cü pillədə qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 24 Oktyabr 2026 00:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















