Icma.az
close
up
RU
ADB Azərbaycanda ekoloji və dayanıqlı şəhərlərin dəstəklənməsinə texniki yardımı təsdiqləyib

ADB Azərbaycanda ekoloji və dayanıqlı şəhərlərin dəstəklənməsinə texniki yardımı təsdiqləyib

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Asiya İnkişaf Bankı (ADB) “Asiya və Sakit Okean hövzəsində şəhərlər üçün daha ekoloji, dayanıqlı və inklüziv yanaşmaların tətbiqi” layihəsinin reallaşdırılması üçün 2,1 milyon ABŞ dolları məbləğində texniki yardımı təsdiqləyib.

525.az banka istinadən xəbər verir ki, layihə Azərbaycan, Ermənistan, Banqladeş, Kamboca, Monqolustan, Nepal, Filippin, Marşal adaları, Solomon adaları və Özbəkistanı əhatə edir.

Layihənin maliyyələşdirilməsi Şəhər Maliyyələşdirmə Partnyorluğu Mexanizmi çərçivəsində Şəhər Dayanıqlılığı üzrə Məqsədli Fond (1 milyon ABŞ dolları), Su İnovasiyaları üzrə Məqsədli Fond (500 min ABŞ dolları) və Yüksək Texnologiyalar Fondunun (600 min ABŞ dolları) vəsaitləri hesabına həyata keçiriləcək.

Layihənin məqsədi inkişaf etməkdə olan ölkələrə əsas investisiya təşəbbüslərinin, o cümlədən ekoloji cəhətdən dayanıqlı, iqlimə davamlı və inklüziv inkişaf üçün inteqrasiya olunmuş həllərin layihələndirilməsi və qiymətləndirilməsində dəstək verməkdir.

“Kompleks yanaşma müxtəlif donorlar tərəfindən maliyyələşdirilən əlavə sublayihələrin cəlb edilməsinə və onların ardıcıl olaraq həyata keçirilməsinə imkan verəcək. Bu, ayrı-ayrı təşəbbüslərlə müqayisədə tədbirlərin daha səmərəli həyata keçirilməsini təmin edəcək”, - ADB qeyd edir.

Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu müddət ərzində bank ölkəyə 5 milyard ABŞ dollardan çox, o cümlədən nəqliyyat layihələri üçün 1,5 milyard ABŞ dolları, enerji layihələri üçün isə 1,7 milyard ABŞ dolları kredit ayırıb.

Bundan əlavə, ADB səhiyyə, kənd təsərrüfatı və maliyyə sektorlarında layihələri dəstəkləyir.

Hazırda bank Azərbaycanla 2025-2029-cu illər üçün yeni Tərəfdaşlıq Strategiyasını hazırlayır. Prioritet sahələrə “yaşıl” infrastrukturun maliyyələşdirilməsi, su ehtiyatlarının idarə edilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ixracın diversifikasiyası və “yaşıl” bacarıqların inkişafı daxildir.

Əvvəlki tərəfdaşlıq strategiyası 2019-2023-cü illəri əhatə edirdi.

ADB 1966-cı ildə yaradılıb və baş ofisi Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın tərkibinə 69 ölkə daxildir ki, onlardan 49-u Asiya-Sakit okean regionunda yerləşir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://525.az
archiveBu xəbər 31 Mart 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri